Bu dağ Azərbaycanın nəzarətinə keçdi - Ermənistanda gərginlik
Qafan rayonu istiqamətində Azərbaycanla sərhəddə daha bir ərazinin ordumuzun nəzarətinə keçməsi Ermənistanda qalmaqala səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə ilk məlumatı Ermənistan parlamentinin üzvü, "Haystan" blokundan olan deputat Anna Qriqoryan yayıb.
Onun iddiasına görə, rəsmi İrəvan Qafan istiqamətində daha bir ərazini Azərbaycana "güzəştə" gedib. Deputat bildirib ki, həmin rayonda yerləşən Ağdağ Azərbaycan Ordusunun nəzarətinə verilib:
"Faktiki olaraq Pela dağı (Ağdağ) qonşu kəndlər üçün də birbaşa təhlükəsizlik təhdidləri yaradaraq tamamilə Azərbaycanın nəzarəti altına keçir".
Ermənistan parlamentinin digər üzvü, "Şərəfim var" fraksiyasının nümayəndəsi Tiqran Abramyan da bu məlumatı təsdiqləyib. O deyib ki, Ermənistan hökuməti gizli şəkildə bir çox əraziləri Azərbaycana verməyə başlayıb:
"Qafandakı Pela dağı (Ağdağ) Azərbaycana verilib. Uzun illər əvvəl həmin dağın bir tərəfi Ermənistanın, digər tərəfi isə Azərbaycanın olub. Lakin hazırda dağın hər iki üzü Azərbaycana verilib".
Abramyan məsələni dəqiqləşdirmək üçün Qafan rəsmiləri ilə də danışıb. Ona bu məsələ barədə danışmaq istəmədiklərini deyiblər:
"Amma bir qədər əvvəl Qafan rəsmiləri mənə bildirdilər ki, Pela dağı (Ağdağ) Azərbaycana verilib. Görünən odur ki, hökumət torpaqlarımızı səssizcə Azərbaycana verməkdədir".
Azərbaycan bununla bağlı hər hansı məlumat yaymayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2550 Tarix: 18 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021