Artıq 1 ildir ki, Qubadlı azaddır

Artıq 1 ildir ki, Qubadlı azaddır25 oktyabr 2020-ci il azərbaycanlının uzun illər həsrətini çəkdiyi daha bir yurd yerinin - Qubadlının işğaldan azad olunduğu gün kimi tariximizə yazıldı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində daha bir qələbə gününün sevincini yaşadı. 30 ilə yaxın bir zamanda öz ata–baba yurdlarından didərgin düşən, min-bir mərhumiyyətlə üzləşən, vətən həsrəti, yurd həsrəti ilə yaşayan Qubadlı sakinləri, bütövlükdə xalqımız Ali Baş Komandanın qətiyyətli siyasətinin, yorulmaz fəaliyyətinin növbəti uğurlu məntiqi nəticəsinə şahidlik etdi. 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatına cavab olaraq Ali baş Komandanın əmri ilə əks hücüm əməliyyatına başlayan ordumuz bir-birinin ardınca uğurlu döyüş əməliyyatları həyata keçirərək işğal altında olan ərazilərimizi kənd-kənd, rayon-rayon azad edərək düşməni geri çəkilməyə məcbur edirdilər.
31 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan qədim Azərbaycan torpağı olan Qubadlı rayonu münbit torpaqları, zəngin təbiəti, qədim tarixi və mədəni abidələri ilə yanaşı faydalı qazıntıları ilə də məhşur idi. Belə ki, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğal dövründə mənfur düşmən yaşayış məntəqələri, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət ocaqları ilə yanaşı, təbii sərvətlərimizi, faydalı qazıntılarımızı da talan etmişdi.
20 oktyabr 2020–ci il tarixində Zəngilan rayonu işğaldan azad olunandan sonra ordumuz Ermənstan Respublikası ilə 120 km sərhəddi olan Qubadlı rayonunu azad etmək üçün hərəkətə keçdi. Düşmənin hərbi birləşmələri güclü istehkamlar qurmalarına, strateji yüksəkliklərdə yerləşmələrinə baxmayaraq, ordumuz inamla döyüşlərə girdi. Qubadlını daha az itki ilə tez bir zamanda düşmən tapdağından azad etmək üçün Azərbaycan Ordusu xüsusi peşəkarlıq və fədakarlıq göstərərək ilk növbədə şəhər ətrafındakı hakim yüksəklikləri, ətraf kəndlərin düşməndən azad etdi. Oktyabrn 25–də isə ordumuz Qubadlı şəhərini düşməndən azad etdi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçüsü Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 26 noyabr 2020-ci ildə təsiss edilmiş "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildilər. 23 dekabr 2020-ci ildə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 27 ildən sonra qədim Azərbaycan torpağı olan Qubadlımızda üçrəngli bayrağımızı ucaltdı. Qubadlının işğaldan azad olunması ordumuzun döyüş əzminin, gücünün göstəricisi idi. Bu qələbə xalqımızı illərlə həsrətində olduğu Böyük Qələbəyə daha da yaxınlaşdırdı.

Könül Əfəndiyeva – YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr