Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VİDEO
Xüsusən də sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş verə biləcək ağır qəzaların qarşısını almaq məqsədi ilə, üç il əvvəl ''yol hərəkətinin təhlükəsizliyi'' nə dair dövlət proqramı hazırlandı. Konkret olaraq proqramda göstərilirdi ki, bu tip nəqliyyat vasitəsinin sürücülərinə nəzarət etmək üçün avtomobillərə ''taxoqraf'' cihazı qurulsun. Yəni onların hərəkəti və neçə saat sükan arxasında olmasına adıçəkilən cihaz vasitəsi ilə nəzarət ediləcəkdi. Amma görünən odur ki, bu proqram tam olaraq icra edilmir. Buna səbəb nədir? Sualımıza aidiyyəti qurumdan cavab öyrənmişik.
Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Son günlər sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş vermiş qəzalar həmin nəqliyyat vasitələrinin sürücülərinə nəzarətin ciddi olmamasını göstərir.
Hansı ki, 2019-2023-cü illəri əhatə edən ''Yol Hərəkətinin Təhlükəsizliyi''nə dair dövlət proqramında da var ki, bu tip nəqliyyat vasitələrinə ''taxoqraf'' cihazı qurulmalı idi. Bu cihazla sürücünün hərəkəti həm izlənir, həm də onun sükan arxasında nə qədər olduğu müəyyən edilir. Başqa sözlə desək bu növ nəqliyyat vasitələrinin sürücülərinə ciddi nəzarət edilir. Amma bir neçə gündə həm avtobus həm də yük avtomobilinin sürücülərinin törətdikləri qəzalar onu deməyə əsas verir ki, hələ də dövlət proqramında göstərilənlər sadəcə sənəd üzərindədir.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, yük avtomobilləri və sərnişin avtobuslarının sürücülərinin törətdikləri qəzaları təhlil edərkən müəyyən olur ki, sürücü sükan arxasında ya yuxlayıb, ya da yorğun olub. Ekspert deyir ki, yük maşınlarına və avtobuslara ''taxoqraf'' cihazı quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək mütləqdir.
''Taxoqraf'' hər şeyi qeydə aldığından, yol polisi sürücünün 4 saatdan artıq avtomobil idarə etdiyini aşkar edərsə dərhal onun hərəkəti dayandırılmalıdır. Sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yük avtomobillərinə və sərnişin avtobuslarına ''taxoqraf'' cihazının quraşdırılması Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilməldir. Sözügedən qurumun rəsmisi Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı beynəlxalq yük və sərnişindaşımada olan nəqliyyat vasitələrində var. Bəs şəhərlərarası yük və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bu cihaz niyə yoxdur?
Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı gizli şəkildə fəliyyat göstərən sürücülərin avtomobilinə quraşdırılmayacaq. Bu yalnız Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı və qanuni icazə vərəqəsi alan sürücülərin avtomobillərinə quraşdırılaraq onlara nəzarət ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1821 Tarix: 19 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabr