Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEO
Alqı-satqı saytlarında kirayə mənzil axtaran vətəndaşlar bu xəbəri oxusun, çünki bəzi şəxslər saytlarda hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Qiymətin ucuz olduğunu görən vətəndaş isə, təbii ki, evi əldən buraxmamaq üçün həmin şəxsin bank hesabına beh göndərməli olur. Sonda isə nə kirayə evə köçə, nə də ki verdiyi pulu ala bilir. Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. Hadisənin təfərrüatlarını təqdim edirik.
Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Hüseyn Həsənov elan saytlarından birindən kirayə ev tutmaq istəyirdi, ancaq aldadıldı. Özünü evin sahibi kimi təqdim edən şəxs ondan 200 manat beh alaraq yoxa çıxıb.
O, deyir ki, sentyabrın 18-də elan saytlarının birində yerləşdirilən mənzili kirayə tutmaq üçün qeyd olunan mobil nömrə ilə əlaqə saxlayıb. Telefona cavab verən Abbas adlı şəxs ona bildirib ki, hazırda evdə gənc qızlar qalır və bu səbəbdən də mənzilə baxa bilməz. Ancaq yaxın vaxtlarda mənzil tam boşaldılacaq.
Abbas adlı şəxs Hüseynin votsap nömrəsinə şəxsiyyət vəsiqəsinin fotosunu da göndərib. Bundan sonra aldadılmayacağına inanan Hüseyn Həsənov onun verdiyi bank hesabına 200 manat pulu beh şəkilində göndərib.
Maraqlı məqam ondan ibarətdir ki, həmin şəxs Hüseynin də şəxsiyyət vəsiqəsinin fotosunu onun votsap nömrəsinə göndərməsini bildirib. Zərərçəkmiş iddia edir ki, əslində göndərilən vəsiqə Abbasa aid deyil. O, telefon danışığında da özünü yalandan Abbas adı ilə təqdim edib.
Bundan sonra, həmin şəxsin mobil nömrəsinə zəng çatmayıb. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyi alqı-satqı saytları üzərindən dələduzluq edən şəxslərlə bağlı əhaliyə müraciət etmişdi. Mütəxəssislər tövsiyə edirlər ki, belə halla qarşılan vətəndaşlar 102 Zəng-Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1269 Tarix: 19 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabr