Gələn ildən əhalinin alıcılıq qabiliyyəti yüksələcək - AÇIQLAMA
Prezident İlham Əliyevin Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncamı yeni sosial paketin təqdim olunması anlamına gəlir. Bu sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların alıcılıq qabiliyyətinin yüksəlməsinə imkan verəcək.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, dövlət büdcəsinin ilkin göstəricilərində də əmək haqqı və pensiyaların artırılması nəzərdə tutulmuşdu:
"Prezidentin sərəncamına uyğun olaraq Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsi layihəsində bu tapşırıqları nəzərə almaq barədə qərar qəbul edib:
"Bu, ondan xəbər verir ki, biz artıq gələn il əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərində daha yüksək faizli artımlar müşahidə edəcəyik.
Bu artımlar eyni zamanda vətəndaşlarımızın alıcılıq qabiliyyətinin yüksəlməsinə təsir göstərəck. Eyni zamanda gözlənilir ki, vaksinasiya nəticəsində 2022-ci ildə pandemiya yumşala bilər.
Ona görə 2022-ci ildə həm vətəndaşların alıcılıq qabiliyyətinin artması, həm də pandemiyada yumşalmalar nəticəsində turizm daxil olmaqla ictimai iaşə və xidmət sektorunda da canlanma olacağını proqnozlaşırırıq".
Qeyd edək ki, oktyabrın 16-da Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1183 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb. xəbər verir ki, bu barədə MKA məlumat yayıb. Məlumata görə, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən əl
12 iyun"MEQAPLUS MMC"-dən şikayət: "Mənə olan borc elə 130000 manatdır"
Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı -a müraciət edb. O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində "MEQAPLUS MMC" tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsm
11 iyunXüsusi qabiliyyət imtahanlarına start verilir
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, 22 iyundan etibarə
12 iyunQubada BƏDBƏXT HADİSƏ - Ölən var
Quba rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə iyunun 10-da axşam saatlarında rayonun Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə dəmir borunu kəsərkən laqunda ehtiyatsızlıqda
11 iyun"Maxi.az" rəhbərinə "stop" qoyuldu - Milyonlarla borca görə..
Azərbaycanda distributor kimi fəaliyyətdə olan "İnteqral" Qapalı Səhmdar Cəmiyyəti ( ) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. XALQ xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb böyük elektronika və məişət texnikasının satış şəbəkələrindən olan " "ı
11 iyunBakcell "Signature Gala Night" tədbirinin tərəfdaşı olub
Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən "Signature Gala Night" tədbirinə tərəfdaşlıq edib. Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur "Th
11 iyunAzərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbəl
12 iyunCulfada yanğında 3 yaşlı uşaq öldü
Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarə
11 iyun