Bank kartlarından oğurlanan vəsaitlər: Pullarınızı necə qaytara bilərsiniz? – VİDEO
Son vaxtlar kibercinayətkarların müxtəlif yollarla vətəndaşların bank kartlarından vəsaitləri mənimsəməsi hallarına tez-tez rast gəlinir.
Bəs görəsən, bu hallarla rastlaşan vətəndaşa dəyimiş ziyan necə ödənilir?
Bu barədə ARB telekanalında yayımlanan "Diqqət efir" verilişinə açıqlama verən DİN-nin əməkdaşı Anar Qafarov bildirib ki, vətəndaşlara dəyən ziyan baş verən cinayət işi ilə paralel aparılır:
"Cinayəti törətməkdə şübhəli bilinən şəxsə vətəndaşa dəymiş zərəri ödəməyi təklif edirik. O, ödəmədikdə isə iş məhkəmə yolu ilə həll olunur. Vətəndaş məhkəmə prosesindən sonra mülki qaydada iddia qaldıra bilər və dəymiş maddi ziyanın ödənilməsini tələb edə bilər".
Məsələ ilə bağlı danışan hüquqşünas Samir İsayev bildirib ki, bu kimi əməllər ağır cinayət olduğu üçün həmin şəxslər müvafiq olaraq 5 ildən 10 ilədək və ya 10 ildən 14 ilədək cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Kərimov isə bank kartlarının təhlükəsizliyi üçün onların hər yerdə istifadəsinin doğru olmadığını və təmassız kartlar üçün xüsusi pul qablardan istifadəni məsləhət görüb. /milli.az
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1629 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrAzərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr