Bakıda "BMW"dəki qıza baxmaq üstündə dava - "Ayran alıb geri qayıdan zaman iki nəfər..."

Bakıda "BMW"dəki qıza baxmaq üstündə dava - "Ayran alıb geri qayıdan zaman iki nəfər..."Bu ilin 18 iyun tarixində Bakı şəhər Xətai rayonu Afyəddin Cəlilov küçəsində 2 sürücü arasında baş verən xırda anlaşılmazlıq böyük insidentə gətirib çıxarıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, sevgilisi ilə "BMW" markalı avtomobildə olan 1987-ci il təvəllüdlü Namaz Qurbanov onun maşınına doğru baxan "Wolksfagen PassatCC" markalı digər minik avtomobilinin sürücüsünə hücum edib. Hadisə yolda hərəkətin pozulmasına, xeyli insanın toplanmasına və "Wolksfagen PassatCC"nin sürücüsü Azər Məmmədovun xəsarətlər almasına səbəb olub. Xətai rayon Polis İdarəsində Namaz Qurbanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində əşya tətbiq etməklə törədildikdə) maddəsi ilə iş açılıb. Cinayət işinin istintaqı zaman xeyli maraqlı faktlar üzə çıxıb.

Namaz Qurbanov bildirib ki, maşında olan qadına ayran almaq üçün marketə gedib və geri qayıdanda digər maşında olan şəxslərin onun maşınındakı qıza baxdıqlarını görüb:

"Mağazadan ayran alıb geri qayıdan zaman iki nəfər şəxsin "Wolksfagen PassatCC"də əyləşməsini və həmin şəxslərin birininmənim maşınımdakı qadına baxmasını gördüm. Ayranı avtomobilə qoyub "Wolksfagen PassatCC" markalı avtomobilin qabaq sağ oturacağında əyləşən şəxsə yaxınlaşdım. Ona bildirdim ki, "niyə maşına baxırsan". Həmin şəxs ilkin olaraq etiraz etdi, belə ki, baxmadığını dedi. Lakin sonradan dedi ki, avtomobildən xoşu gəldiyi üçün baxır. Bu zaman həmin avtomobilin sürücüsü bildirdi ki, "baxdıq baxdıqda nə var ki". Həmin şəxsə sözünə görə irad bildirdim. Bundan sonra həmin avtomobildə əyləşən şəxslər düşdülər".

"Megafun" əyləncə mərkəzinin qarşısında baş verən dava-dalaşdan sonra tərəfləri ətrafdakı şəxslər sakitləşdiriblər. Lakin Namaz Qurbanov söhbəti davam etdirmək üçün digər avtomobili təqib etməyə başlayıb. O, svetaforda Azərin sürdüyü maşına çataraq ondan yerə düşməsini tələb edib.

Bakıdakı məşhur gözəllik salonlarından birində bərbər işləyən Azər ifadəsində deyib:

"18 iyun 2021-ci il tarixdə axşam 19-20 radələrində bibim oğlu İlkin ilə Nobel prospektində olan "Meqafon" əyləncə mərkəzinin yaxınlığına gəlmişdik. A.Zeynalov küçəsində avtomobili yolun kənarında saxladım, İlkin ilə avtomobildən düşüb yaxınlıqda olan mağazadan siqaret alıb avtomobilə qayıtdım. Mən sükanı arxasında, İlkin isə qabaq sağ oturacaqda əyləşdi. Bu zaman sağ tərəfimdə qara rəngli "BMW" markalı avtomobil dayandı. Həmin vaxt İlkin tərəfdə olan pəncərə endirili idi. Adının sonradan Namaz olduğunu bildiyimiz şəxs İlkinə və ona dedi ki, "nə baxırsız boylanırsız". Mən və İlkin Namaza onun avtomobilinə baxmadığımızı dedik. Lakin Namaz söyüş söyməyə başladı və dedi ki, "mənə yol göstərirsiz siz deyirəmsə baxmısız baxmısız". Namazdan xahiş etdim ki, söyüş söyməsin. Namaz bizə avtomobildən düşməyimizi dedi. Mən və İlkin avtomobildən düşdükdən sonra Namaza təklif etdik ki, "avtomobilində xanım var, xanımı apar, nömrəmi verəcəm gələrsən söhbət edərik". Lakin Namaz dahada əsəbləşib ucadan söyüş söydü və onun söyüş səslərinə ətrafdan tanımadığı çoxsayda şəxslər toplaşdı. Namaz heç bir səbəb olmadan təpiklə və yumruqla başımdan və bədənimdən ardıcıl zərbələr endirdr. Belə ki, yumruqla başımdan, təpiklə isə bədənimdən vurdu. Eyni zamanda Namaz söyüş söyürdü. Bibim oğlu İlkin və oraya toplaşan şəxslər Namazı araladılar. İlkin sakitlik yaratmaq istədikdə Namaz sonuncunu da vurdu. Namazı sakitləşdirmək olmurdu, mənim telefon nömrəmi itədi, mən də nömrəmi verdim. Namaz idarə etdiyi avtomobilə əyləşib bildirdi ki, arxasınca gələk. Mən İlkinlə idarə etdiyim avtomobilə əyləşdim və oradan uzaqlaşdıq. Namazdan yayınmaq məqsədi ilə avtomobili başqa istiqamətdə idarə etdim. Yolla gələn zaman Afiyəddin Cəlilov küçəsinin sonunda işıqforda avtomobili saxlamalı oldum. Həmin vaxt avtomobilin güzgüsünə baxdıqda Namazın qaçaraq gəldiyini və avtomobilini yolun ortasında saxlamasını gördük. Namaz avtomobilinin yanına çatdıqda pəncərəni endirdim. Namaz pəncərədən yumruqla bir neçə dəfə ardıcıl üzümdən zərbə ilə vurdu. Özümü müdafə etmək üçün əllərimi üzünə tutdum və qapını açaraq düşdüm. Yolla hərəkət edən avtomobillərin hərəkəti dayandığı üçün avtomobillərdən tanımadığımız çoxlu şəxslər düşərək bizi tutdu. Lakin Namaz həmin şəxslərin əlindən çıxaraq yolun ortasında saxladığı avtomobilinin arxa yük yerindən bir ədəd taxta bita (dəyənək) götürərək üzərimizə gəldi. Həmin vaxt İlkin də avtomobildən düşdü və sakitlik yaratmaq istədi. Namazın dəyənəklə üzərimizə gəlməsini görüb İlkin ilə qaçdıq, avtomobil isə işıqforda qaldı. Kənardan dayanıb baxdıqda gördük ki, Namaz bita ilə idarə etdiyim avtomobilin sağ tərəf güzgüsünü vuraraq sındırır və söyüş söyür. Namazı orada olan şəxslər tutub avtomobildən kənara apardılar. Namaz idarə etdiyi avtomobilə əyləşən zaman İlkin ilə qayıdıb maşına əyləşdik".
Zərərçəkən şəxs əlavə edib ki, hadisədən sonra dərhal avtomobili idarə edib oradan uzaqlaşıb: "Yolda mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdik.

Məhkəmədə məlum olub ki, dəymiş ziyan artıq ödənilib və tərəflər barışıblar.

Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxsin 1 il 6 ay müddətinə şərti cəzaya məhkum edilməsinə hökm edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8701   Tarix: 20 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Vəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə

12 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr