Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı...

Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı...Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə sənətkar haqqında 10 maraqlı faktı təqdim edir.

1. Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi yarışmasında "Qarabağ şikəstə"sini ifa edir. Münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur. Həmin gündən onun musiqi karyerası başlanır.

2. Şövkət Ələkbərova gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb bəyənib. Gələcək gəlinini oğluna göstərəndə deyib: "O qız mənim cavanlığıma oxşayır."

3. Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb, qızı ilə birgə yaşayıb. Deyilənə görə, bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. Onun ikinci evliliyi məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən isə Bəşir adlı övladları doğulub. Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkir. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

4. 1963-cü il, soyuq dekabr ayının 9-da ailə silah səsinə yuxudan oyanır. Lətif Səfərov 43 yaşında intihar edir! İntihardan əvvəl isə məktub yazır, qeyd edir ki, onun ölümündə heç kimi günahkar tutmasınlar, o, həyatdan bezib. Hadisə baş verəndə onun oğlunun 5 yaşı olur.

5. Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırır, həmin gün sübhdən Şövkət xanıma deyir ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: "Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi..."

6. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir. Onun ölümünə o vaxtlar müxtəlif don geyindirirlər. Amma bu intihar sırf siyasi məsələ olur. Sovet dövründə sovet vətəndaşı özünə qəsd edə bilməzdi. Ona görə də, ovaxtkı rəhbər dairələrə "rejissor özünü qısqanclıq üstündə öldürüb" mövzusu sərf edirdi. Lətif Səfərovun Şövkət Ələkbərovanı qısqandığı üçün özünü öldürməsi söhbəti buradan qaynaqlanırdı. "KQB"-dən isə Şövkət xanıma tapşırırlar ki, bu barədə heç nə danışmasın. Şövkət xanım axırıncı nəfəsinə qədər övladlarına görə bu mövzu barəsində danışmaqdan çəkinir.

7. Şövkət xanım Moskvaya dekadaya gedəndə orda olan sənət adamları eşidirlər ki, Lətif Səfərovun həyat yoldaşı gəlib, hamısı Şövkət xanımın görüşünə gəlir. Rusiyanın məşhur aktyoru Smaktnovski Şövkət xanımın qarşısında diz çöküb əlindən öpür və deyir, Lətif Səfərov möhtəşəm rejissor idi.

8. Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha mahnı oxumayıb.

9. Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarova müsahibəsində Şövkət xanımdan bəhs edir: "Onun qardaşı mənimlə müharibədə olub - 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi. Qızı Natellanın ölümündən sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi onu, tanımazdı. Saçları, kirpikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü. Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı".

10. Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişir. Son müsahibəsini Rafiq Hüseynova verib: "Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam".

Son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2901   Tarix: 20 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr