Fəxrəddin Altun: "Azərbaycan-Ermənistan münaqişəsi də daxil olmaqla böhran bölgələrində tərəfləri konstruktiv dialoqa dəvət etdik"
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Güc və Paradoks: 21 -ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusunda bu il təşkil edilən 5-ci TRT Dünya Forumunda videokonfrans vasitəsi ilə iştirakçılara xitab edib.
Sonxeber.az xəbər verir ki, Altun çıxışı zamanı Türkiyənin beynəlxalq sistemdəki çətinlikləri izlədiyini və bunlara cavab vermək üçün addımlar atdığını vurğulayıb.
"Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında xarici siyasət strategiyamızı sadəcə təhlükəsizlik məsələlərimizi deyil, həm də regional və qlobal problemləri həll edəcək şəkildə yenidən müəyyənləşdirdik. Yaxın ətrafımızdakı münaqişələrin həllini xarici siyasətimiz üçün vacib prioritetə çevirdik. Türk xarici siyasət qurucuları Suriya, Liviya və İraqdakı münaqişələri həll etmək üçün müxtəlif təşəbbüslər göstərdilər. Həmçinin Şərqi Aralıq dənizi və Azərbaycan-Ermənistan münaqişəsi də daxil olmaqla bütün böhran bölgələrində tərəfləri dialoqa və konstruktiv diplomatiyaya iştirak etməyə dəvət etdik. Cənab Prezidentimiz ölkələri bu sahələrdəki anlaşılmazlıqları müzakirə və həll etmək üçün beynəlxalq konfranslar keçirməyə çağırdı".
COVİD-19 böhranının Soyuq Müharibənin bitməsindən bəri mümkün olan ən pis vaxtda dünyanı təsiri altına aldığını, 2020-ci ildə dünyanın müxtəlif yerlərində bir çox beynəlxalq münaqişənin həll olunmamış qaldığını ifadə edən Altun deyib ki, bu proses dövlətlərin uzunmüddətli strategiyalar yaratmağa və qlobal təhdidlərə qarşı mübarizə aparmağa fokuslanmalarını çətinləşdirdi.
"Həmçinin bir islahat prosesinin olmaması, beynəlxalq qurumları böyük qlobal böhranlarla mübarizədə zəif və hazırlıqsız vəziyyətdə qoydu. Sadəcə BMT deyil, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumların qlobal bir böhranı həll edə bilmədiyi sübut edildi" – o qeyd edib.
Altun son iyirmi ildə terrordan humanitar problemlərə, iqlim dəyişikliyindən COVİD-19-a qədər qlobal böhranların ortaya çıxmasının bütün millətlərin böyük strategiyalarını tərtib etməkdə yeni bir yanaşmaya ehtiyacları olduğunu göstərdiyini vurğulayıb.
O, Türkiyənin beynəlxalq qurumlar üçün islahat prosesinin əhəmiyyətini bildiyini qeyd edərək, beynəlxalq təşkilatların mövcud strukturları ilə qlobal problemləri həll edə bilmədiyinə diqqət çəkib.
BMT Təhlükəsizlik Şurası islahatlarının uzun müddətdir həyata keçirilmək istənildiyini, lakin bunun hələ də mümkün olmadığını ifadə edən Altun əlavə edib ki, bu şuranın son bir neçə ildə qətiyyətli addımlar ata bilməməsinin əhəmiyyətli regional problemlərə səbəb olduğunu görüblər:
"Təhlükəsizlik Şurası üçün islahat prosesini dəstəkləyirik və bunun həm Türkiyənin, həm də dünyadakı digər ölkələrin maraqlarına xidmət edəcəyini düşünürük".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA