"Biz artıq müasir Azərbaycanı qürurla dünyaya təqdim edirik"- Deputat

"Biz artıq müasir Azərbaycanı qürurla dünyaya təqdim edirik"- Deputatİstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə

"Bir dövlətin müstəqil olması üçün bir çox şərtlər vacibdir. Dünyada 4 minə yaxın xalq, 200-dən artıq dövlət var. Azərbaycan o xoşbəxt xalqlardandır ki, dövləti var. Müstəqillik anlamına gəldikdə isə, hətta 200-dən artıq dövləti müstəqil dövlət kimi qeyd etsək də, daha dərin baxdıqda onların bir çoxunda müstəqillik üçün vacib olan elementlərin mövcud olmadığını görərik. Məsələn, qonşumuz olan düşmən Ermənistan bu qəbildəndir. Özünü müstəqil dövlət adlandırır, amma ən vacib məsələlərdən biri ölkənin sərhədlərinin mövcud olması, qorunmasıdır, bu dövlətin sərhədlərini isə digər bir ölkənin hərbi sistemi qoruyur. Həmçinin, Ermənistanın böyük iqtisadi gəlir gətirəcək şirkətlərinə başqa ölkə nümayəndələri başçılıq edir".

Bu sözləri Sonxeber.az-a açıqlama verən deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, biz müasir Azərbaycanı daha da inkişaf etmiş şəkildə gələcəkdəki nəsillərə əmanət edəcəyik:

"Azərbaycanın dövlətçilik ənənələri qədimdən mövcuddur. Biz müstəqilliyimizi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti formasında yaratdıq və bu, Şərqdə ilk demokratik dövlət kimi tarixə düşdü.

Ondan sonrakı dövrdə Azərbaycanın SSRİ-nin tərkibində olub və 1991-ci ildə Konstitusiya aktı ilə 1918-ci ildə qazandığı müstəqilliyi bərpa edib.

Biz artıq 18 oktyabrı Müstəqilliyimizin bərpası günü kimi qeyd edirik. Bu, məfhum olaraq, milli identifikasiyanın, özünüdərkin çox vacib elementlərindən biridir. Bizdə Azərbaycançılıq ideologiyası var. Xalqımız vətənpərvərdir, Vətəninə bağlıdır. Azərbaycan artıq dövlətçilik ənənələri formalaşan ölkələrdəndir, mahiyyəti böyüyüb və bu gün həm bölgədə, həm qitədə yeni geosiyasi, geoiqtisadi reallıqlar yaradan dövlətdir. Azərbaycan Respublikasının Prezidenti dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının sədridir.

Bunların hər biri Azərbaycan dövlətinin gücünü göstərən amillərdəndir.

Ermənistan 28 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Beynəlxalq hüquqa hörmət əlaməti olaraq, BMT-nin qəbul etdiyi 44 qətnaməyə, ATƏT-in Minsk Qruplarının həmsədrlərinin beynəlxalq hüquq və norma prinsiplərinə əməl olunacağını və məsələnin həll ediləcəyini səbirlə gözlədik. Lakin gördük ki, beynəlxalq hüquq və qanunlar bir çox dövlətlərin özləri üçün yaranan sistemdir. Onlar bundan özlərinə lazım olanda istifadə edirlər.

Nəhayət, Azərbaycan beynəlxalq hüquqi ədaləti özü, Ali Baş Komandanın rəhbərliyi altında ordusunun gücü, xalqın birliyi ilə bərpa etdi və bununla həm iqtisadi gücünü, həm də insan kapitalının qüdrətini dünyaya göstərmiş oldu.

Artıq işğaldan azad olanan ərazilərdə böyük quruculuq işləri gedir. Yeni kəndlər, şəhərlər salınır, infrastruktur qurulur. Bunun həm sürəti, həm miqyası, həm əzəməti bütün dünyanı heyran qoyur. Belə işlərin bu cür sürətlə görülməsi dünyanın əksər dövlətləri üçün əlçatmazdır. Bu reallığı ölkəmiz və Azərbaycan Prezidenti yaradıb. İndi yeni, müasir Azərbaycan dünyaya təqdim olunur. Biz qürurla deyirik ki, azərbaycanlıyıq.

Dünyada düzən dəyişir, bir çox yeni dəyərlər meydana çıxır. Beynəlxalq mədəniyyət, tolerantlıq, xalqların dostluq və qarşılıqlı anlaşma şəklində yaşaması da ali dəyərlərdəndir. Bugünkü Azərbaycan da bunların hər birini qürurla dünyaya təbliğ edir".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Biz artıq müasir Azərbaycanı qürurla dünyaya təqdim edirik"- DeputatAytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1186   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus

9 noyabr
.

Xankəndidən səslənən Zəfər təbrikləri

Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi

11 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

12 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr