"Avtobus və metrodan yersiz istifadə etməsinlər" - Həkimdən XƏBƏRDARLIQ

"Avtobus və metrodan yersiz istifadə etməsinlər" - Həkimdən XƏBƏRDARLIQSon günlər yoluxma sayı artır. Bəzi məktəblər və universitetlərdə qruplar distant təhsilə keçib. Xəstəlik hətta uşaqlar arasında da çoxalıb. Bəs belə halda qapanma gözləniləndirmi?

Məsələ ilə bağlı Sonxeber.az saytına infeksionist Vüqar Cavadzədə açıqlama verib.

Onun sözlərinə görə, yoluxmanın artmasına havaların soyuması təkan verib:

"Düzdür, yoluxmalar artıb. Bunun səbəbi isə məktəblər, universitetlər, məktəbəqədər təhsil müəssisələri, metronun açılması, Məhərrəmlik ayı bitdikdən sonra toyların başlamasıdır. Ümumiyyətlə, müəyyən tədbirlərin başlaması yoluxmanın artmasına təkan verib. Bu hal gözlənilən və proqnozlaşdırılan idi. Amma hazırkı vəziyyətdə də görürük ki, təhsil ocaqlarında bəziləri distant təhsilə keçiblər.

Qapanma məsələsinə gəldikdə isə, tutaq ki, oldu. Qapadılandan təxminən bir ay sonra vəziyyət stabilləşəcək, yoluxmalar azalacaq. Sərt karantini ləğv etdikdən sonra, yumşalmaya getdikdə isə, periodik olaraq, yenidən artımlar baş verəcək.

Bu vaxta kimi 3 dəfə qapanmaya getmişik. Qısamüddətdə ciddi müsbət nəticələr alınsa da, sonradan yoluxma sayı yenə artmağa başlayıb. Ona görə də, ciddi qapanmaya ehtiyacın olmadığını hesab edirəm. Hər kəs öz işini bilməlidir, profilaktik tədbirlərə riayət etməlidir. Bir sözlə, insanlar özlərini qorumalıdırlar".

Demək olar ki, insanların çoxu vaksin olunub. Avtobus, metrolarda və ümumən sıxlıq olan ərazilərdə çox az hallarda maskasız insanlara rast gəlinir. Bütün bunlar yoluxmanın qarşısını niyə almır? Hələ də artım varsa, yeni tədbirlər görmənin zamanı deyilmi?

Bu suala cavabımda infeksionist əslində qaydalara tam riayət olunmadığını vurğulayıb.

"Yoluxmanın yenidən artmasına havaların soyuması da bir az təkan verdi. Əlbəttə ki, insanlar özlərini ciddi şəkildə qorumalıdırlar. Məsələn, yaxşı olardı ki, cərrahi maskadan yox, N95 maskalarından istifadə etsinlər, çünki cərrahi maskanın qoruyuculuğu çox azdır.

Günümüzdə qapalı məkanlara çox üz tutmamaq məsləhətdir. Qapalı məkanlarda insanların çox toplaşdığı yerlərə gedilməsə, daha yaxşı olar. Avtobus və metrodakı sıxlığı nəzərə alaraq, ehtiyac olmadan bu nəqliyyat vasitələrdən istifadə olunmamalıdır. Qonaq gedib-gəlmək, xəstə ziyarət etmək, müxtəlif kampaniyalar təşkil etmək təhlükəlidir. İnsanlar yas yerlərinə, xeyir işlərə mümkün qədər toplaşmamalıdırlar. Bunlara riayət etsələr, özlərini qorumuş olarlar.

Amma sadalananların hansına riayət olunur? Heç birinə! Insanlar indi yas yerinə də toplaşır, avtobus, metrodan da yersiz istifadə edirlər. Havalar da soyuyub, ehtiyac yoxdursa, hər kəs evində oturmalıdır ki, xəstələnməsin".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1483   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr