"Prezident İlham Əliyev faktlarla Tehranı yerinə oturtdu" - DEPUTAT
Azərbaycanla İran arasında "soyuq müharibə" hələ də davam edir. Bildiyiniz kimi, yaxın günlərdə İran öz yük maşınlarına Laçın dəhlizi ilə Ermənistana getməyi qadağan edib.
İki ölkə arasındakı münasibətlə bağlı deputat Bəhruz Məhərrəmov Sonxeber.az saytına açıqlama verib.
Onun sözlərinə görə, İrandan yeganə istəyimiz mehriban qonşuluq münasibətlərinə uyğun davranış sərgiləməsidir:
"Azərbaycan İranla heç vaxt sərt ritorikanın tərəfdarı olmayıb. Siyasi gərginliyin hökm sürdüyü ilk gündən cənub qonşumuzndan yalnız bir tələbimiz olub ki, beynəlxalq hüququn prinsiplərinə, konkret olaraq ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və daxili işlərimizə qarışmasın. Bəs İranın reaksiyası nə oldu? Terrorçulara və separatçılara yük daşınmasını israrla davam etdirmək istədi. Nəticədə, Azərbaycandan sərt təpkilər aldı. Daha dəqiq desək, Prezident İlham Əliyev konkret faktlara əsaslanıb tutarlı formada Tehranı yerinə oturtdu.
Aydındır ki, İran ilk vaxtlar ötən əsrin 90-cı illərinin ab-havasında idi və Azərbaycanın imkanlarını düzgün qiymətləndirə bilməmişdi. Lakin Tehran sonradan həm reallığı, həm də öz daxilində mümkün gərginlik ehtimalını nəzərə almalı oldu.
Eyni zamanda, İran Azərbaycandakı "5-ci kolonu"na da güvənə bilməyəcəyini aydın sezdi. Üstəlik, Azərbaycanın hüquqa və beynəlxalq münasibətlərin prinsiplərinə əsaslanan hücum siyasətini gücləndirməsi İranı müdafiəyə çəkilməyə vadar etdi.
İndi bu ölkənin yük avtomobillərinin Laçın dəhlizindən keçməyini qadağan etməsi də bu fonda qiymətləndirilməlidir. Əlbəttə, xisləti dəyişməyəcək, amma gücümüz artıqca, İranın daha adekvat davranışlar sərgiləmək yolunu tutacağı, daha ehtiyatlı davranacağı aydındır. Bizim zatən İrandan yeganə istəyimiz mehriban qonşuluq münasibətlərinə uyğun davranış sərgiləməsidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2827 Tarix: 21 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus
9 noyabrXankəndidən səslənən Zəfər təbrikləri
Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi
11 noyabrİlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10 noyabr"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabrZəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11 noyabrHeydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto
Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant
10 noyabr