Kamança ustadının arzusu reallaşdı - VİDEO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə kamança ustadı, Əməkdar artist Elnur Əhmədov da iştirak edib.
E.Əhmədov ən böyük arzusunun Zəngilanda anadan olduğu evdə kamança ifa etməsi olduğunu deyib:
"Doğma Zəngilan torpağında Sizi salamlayıram, Mehriban xanımı ürəkdən salamlayıram. Mən bu torpaqda dünyaya göz açmışam, məhz daşıyıcısı olduğum bu sənəti Zəngilan rayonunun Məmmədbəyli kəndində sevmişəm.
Allah Sizləri var eləsin. Mehriban xanıma mən məxsusi təşəkkürümü bildirirəm ki, bizim muğamımızın dünyaya inteqrasiya olunmasında məxsusi xidmətləri var.
Cənab Prezident, biz "Qarabağ" muğam qrupu olaraq xanəndə, Xalq artisti Mənsum İbrahimov, sənət dostlarım Elçin Həşimov və Kamran Kərimov ilə birgə dünyanın demək olar, elə bir ölkəsi yoxdur ki, orada konsert proqramı ilə çıxış etməyək.
Amma hər birimizin böyük arzumuz, bizim üçün dünyanın ən böyük səhnəsi Siz başda olmaqla, Mehriban xanım başda olmaqla Şuşada Cıdır düzündə keçirilən "Xarıbülbül" festivalı idi.
Çünki bizim üçün ondan böyük, şərəfli gün yox idi. Cənab Prezident, hörmətli Mehriban xanım, mənim ən böyük arzum o idi ki, anadan olduğum o kənddə, uçuq da olsa, o evdə kamançamın səsi gəlsin".
Əməkdar artist dövlət başçısına yaradılan şəraitə görə təşəkkür edib.
Daha sonra Əməkdar artist Almaz Orucova Elnur Əhmədovun müşayiəti ilə muğam ifa edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3017 Tarix: 21 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrAzərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr