Vaksinin üçüncü dozasının vurulması vacibdir - ÇAĞIRIŞ

Vaksinin üçüncü dozasının vurulması vacibdir - ÇAĞIRIŞBir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID-19 virusunun yeni mutasiyası yayılmağa başlayıb. Koronavirusun "AY.4.2" mutasiya variantının hətta "Delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu deyilir.

COVID-19-un bu növünə yoluxan bir nəfər təmasda olduğu təxminən doqquz nəfəri yoluxdura bilər. Yoluxduruculuq sürəti digər mutasiyalardan sürətli olan virusa qarşı mübarizə aparmaq üçün vaksinasiya prosesi vacibdir.

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən deputat Məlahət İbrahimqızı bildirib ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, vaksinin üçüncü dozasının qəbul edilməsi önəmlidir:

"Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bu səbəblə də ölkədə bir sıra təhsil müəssisələri tamam, bir qismi isə lokal olaraq distant təhsilə keçirilib. Ölkəmizdə ötən ilki kimi tamamilə qapanmanın olacağını ehtimal etmirəm. Belə ki, ölkəmizdə əhalinin böyük bir hissəsi hər iki dozada vaksinasiya prosesindən keçib. Belə ki, rəsmi məlumatlara görə, ölkədə ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir.

Lakin mediadan da oxuduğumuz kimi Rusiyada, eləcə də bir çox ölkələrdə koronovirusun yeni növü sürətlə yayılmağa başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxışı zamanı Rusiya əhalisinin 30 faizinin vaksinasiya olunduğunu və bu səbəbdən ölkə əhalisinin peyvənddən yayınması halından narahat olduğunu dilə gətirib. O, öz çıxışında əhalinin vaksinasiyaya xüsusi diqqət göstərməsini istəyib. Bizim ölkəmizdə isə pandemiya dövrü başlayandan vəziyyət digər ölkələrlə müqayisədə çox yaxşıdır. Bu da ölkədə zamanında karantin rejiminin elan edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlıdır".

M.İbrahimqızı onu da qeyd edib ki, koronovirusa qarşı vurulan vaksinlər orqanizmdə ömürlük immunitet yaratmır:

"Difteriya, poliomielitə qarşı vurulan vaksinlər orqanizmdə ömürlük immunitet yaradır. Lakin bu COVID-19 infeksiyasına qarşı vaksinlər ömürlük immunitet formalaşdırmadığı üçün əvvəlcə iki doza, daha sonra üçüncü dozanın vurulması sağlamlığın qorunması üçün önəmlidir. Koronavirusa qarşı mən özüm də iki doza "Sinovac", üçüncü doza isə "Pfizer" vaksini vurdurmuşam. Vaksin vurdurmaq bizi COVID-19 infeksiyasına yoluxmaqdan tamamilə qorumur, sadəcə olaraq yoluxduğumuz zaman çox yüngül şəkildə keçirməyimizə zəmin yaradır. Çünki xəstəliyi ağır keçirən şəxslərin orqanizmdə fəsad yarana bilir. Xəstəxanada süni tənəffüs aparatına qoşulmamaq üçün, koronovirusu daha ağır keçirməmək üçün vaksinasiya prosesinə laqeyd yanaşılmamalıdır. Xüsusilə də iş rejimi dinamik olan, insanlarla çox təmasda olan şəxslərin üçüncü doza vaksin qəbul etməsi daha çox vacibdir.

ABŞ-da, İngiltərədə, Avropa ölkələrində koronovirusun "Delta" variantının yeni mutasiyasının aşkarlanması və sürətlə yayılması bizim üçün də bir həyəcan təbili olmalıdır. Çünki dünyanın bir çox ölkələrində soydaşlarımız yaşayır. Məsələn, Rusiyada bizim 2 milyona yaxın soydaşımız var. Birinci virus sərhəd tanımır, ikinci isə soydaşlarımızın Azərbaycandakı qohumları ilə təmasda olmaları virusun qısa zamanda ölkəmizdə də yayılması riskini artırır. Odur ki, əhali bilməlidir ki, pandemiya, yoluxma təhlükəsi hələ də var. Lakin yenə də qeyd edim ki, Azərbaycanda vaksinin hər iki dozada qəbul edən şəxslərin sayı kifayət qədər çox olduğundan ölkədə tam qapanmanın olacağını ehtimal etmirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1539   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr