Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu

Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı olduOktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edib.
Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Çünki bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam və müdafiə xətlərinin olduğu bir ərazi idi. Məhz bu səbəbdən də Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu və Azərbaycan Ordusunun daha da qətiyyətlə irəliləməsi ilə nəticələndi.
Füzulinin işğaldan azad edilməsindən danışarkən, bir simvolik məqama da diqqət yetirilməlidir. Belə ki, bu rayonun Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə azad edilməsini ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrı və 1994-cü ilin yanvarında həyata keçirilmiş uğurlu Horadiz əməliyyatının məntiqi davamı hesab etmək olar. Yeri gəlmişkən, Horadiz qəsəbəsinə şəhər statusu verilib və işğal dövründə bu qəsəbə qeyri-rəsmi olaraq Füzuli rayonunun mərkəzi olub.
Füzulinin azad edilməsi ilə Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başladı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Füzuli-Şuşa yolunu Zəfər yolu adlandırıb. Bu Zəfər yolunun tikintisi Azərbaycanın Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə başladığı sürətli və geniş vüsətli bərpa, yenidənqurma və nəhəng tikinti işlərinin ilk müjdəçisi oldu. Belə bir çətin şəraitdə, sıx minalanmış ərazilərdə və keçilməz dağlıq relyefdə bu yolun bir il ərzində inşa edilməsi Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Eyni zamanda, cəmi 8 ay ərzində Füzulidə müasir standartlara uyğun və böyük təyyarələri qəbul etməyə imkan verən beynəlxalq hava limanının tikintisi isə dünya təcrübəsində nadir hadisə hesab oluna bilər. Artıq Füzulinin azad olunmasından keçən 1 ildə görülən bu nəhəng işlər bu ərazinin tezliklə regionun aparıcı rayonlarından birinə çevriləcəyinə şübhə yeri qoymur.
Füzuli həm də o səbəbdən önəmlidir ki, bu bölgənin işğaldan azad olunması ilə Azərbaycan özünün cənub sərhədlərinə də nəzarəti tam bərpa etdi və bu da ölkəmizin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirilməlidir.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi...
Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1090   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus

9 noyabr
.

Xankəndidən səslənən Zəfər təbrikləri

Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi

11 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

12 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr