DYP-dən polisin "Saxla" əmrinə tabe olmayanlara XƏBƏRDARLIQ
Bakı Şəhər Dövlət Yol Polisi paytaxtda polisin "Saxla" əmrinə - işarəsinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.
Sonxeber.az xəbər verir ki, bu barədə "oxu.az"a açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır:
"Bu cür vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir".
"Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisələrdən qoruyur", - deyə idarə rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən gün Bakıda "Volkswagen" markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü Bakı şəhər, Səbail rayon sakini Nihat Arif oğlu Sadiqov Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün ona yol polisi tərəfindən "Saxla" əmri verilib.
Sürücü isə DYP əməkdaşının qanuni tələbinə tabe olmayıb. O, Səməd Vurğun-Neftçilər prospekti boyunca Azneft dairəsinə qədər əks istiqamətli yol zolağına çıxmaqla hərəkətini davam etdirib.
Yol boyu hərəkət edərkən işıqforun qırmızı işığında hərəkətini davam etdirib, digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb. Sürücü 20 sutkalıq həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1190 Tarix: 22 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr