Füzuli əməliyyatı Vətən müharibəsində ən əhəmiyyətli döyüşlərdən biridir

Füzuli əməliyyatı Vətən müharibəsində ən əhəmiyyətli döyüşlərdən biridirAzərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də Füzuliyə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, Füzuli şəhərinin azad olunması cənub istiqamətində digər rayonların azad olunmasında həlledici rol oynadı.
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə ötən ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biridir. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib. Beləliklə, düşmən 30 ilə yaxın müddət ərzində həmin ərazilərimizdə qurduğu istehkam qurğularının darmadağın edilməsinin qeyri-mümkün olduğunu düşünürdü. Ancaq ermənilərin "keçilməz sədd" adlandırdıqları müdafiə xəttini Azərbaycan Ordusu darmadağın edərək özünə məxsus olan torpağı geri qaytardı. Beləliklə, Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib.
Şuşaya gedən ən qısa yol Füzuli şəhərindən keçdiyi üçün bu ərazinin azad edilməsi döyüşlərin gedişatında xüsusi əhəmiyyət kəsb edib.4-5 eşolonlu müdafiə xətləri, tank əleyhinə xəndəklər və müasir standartlarda bunkerlərin olması düşmənə müəyyən qədər üstühlük verirdi. Düşmən ordumuzun bu cür qətiyyətli müdafiəsini tez bir zamanda yarıb keçəcəyini gözləmirdi.Bundan sonra artıq düşməndə fərarilik halları müşahidə olunmağa başladı.
Artıq bu gün Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş Füzuli rayonunda bərpa-quruculuq işlərinə başlanılıb. Belə ki, ölkə başçısı cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Füzuli rayonunun işğaldan azad edildiyi tarixin birinci ildönümü günündə həmin ərazimizə səfəri zamanı bir sıra layihələrin təməlinin qoyulmasında iştirakı da bütün bunların sübutudur. Əslində düşmənin 30 illik vəhşiliyi, barbarlığı nəticəsində Füzulidə abadlaşdırılası bir tikili belə qalmayıb. Füzuli demək olar ki, yenidən qurulur. Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Füzuli şəhərini, rayonun kəndlərini yenidən quracaq, yenidən yaradacaq. Beləliklə, Azərbaycan xalqı, Füzuli camaatı yenidən bu şəhərdə, bu rayonun kəndlərində yaşayamağa başlayacaq.

Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
Füzuli əməliyyatı Vətən müharibəsində ən əhəmiyyətli döyüşlərdən biridir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1029   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin

11 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb

"Bu gün bizim üçün əlamətdar gündür. Belə ki, 12 noyabr müstəqil Azərbaycan dövlətinin Konstitusiya Günüdür. 1995-ci ildə Azərbaycan tarixində ilk dəfə ümumxalq referendumu keçirildi və müstəqil dövlətimizin Konstitusiyası qəbul olundu". Bu fikirləri -a açıqlamasında politoloq Samir Hümbəto

12 noyabr