Amerikanı Kolumb kəşf etməyib? - Yeni faktlar üzə çıxdı
Vikinqlər Şimali Amerikaya 1000 il əvvəl – Xristofor Kolumbdan yüz illər öncə gəliblər.
Sonxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalında yayımlanan araşdırmada bildirilib.
Tədqiqatçılar Kanadanın Nyufaundlend şəhərindəki tarixi yaşayış məkanında kəsilmiş üç müxtəlif ağacdan üç nümunəni təhlil edərək bu tayfaların bölgəyə gəlişinin tarixini müəyyən edə biliblər.
Onlar vikinqlərin gəlişinin vaxtını müəyyən etmək üçün ağacın radiokarbon tarixindən istifadə ediblər. Araşdırmaçıları maraqlandıran amil 992-ci ilində baş vermiş günəş qasırğasıdır. Günəşin yaydığı nəhəng enerji emissiyaları atmosferə əlavə karbon buraxır və bununla da canlı orqanizmlərdə karbonun həcmini artırır.
Vikinqlərin kəsdikləri odunların içindəki halqalar hələ də qalıb. Kəsilmiş odunlardan biri günəş qasırğasına məruz qalıb və bundan sonra əmələ gələn 29 böyümə halqasına malik olub. Bu da həmin odunun qasırğadan 29 il sonra - 1021 -ci ildə kəsildiyi deməkdir.
Tədqiqatçıların fikrincə, odunlar metal alətlərlə kəsilib ki, o vaxtlar bölgədəki yerli icmalarda belə alətlər olmayıb.
Eyni zamanda, bölgədə o dövrə aid qədim tikililər Skandinaviya, Qrenlandiya və İslandiyada olduğu üslubda tikilib. Məkanda tapılan digər artefaktlar göstərir ki, vikinqlər dəmir və ağacdan əşyalar hazırlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4104 Tarix: 25 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
7 noyabrTozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
1 noyabrAdi qan analizi hansı xəstəliklərin əlamətlərini üzə çıxara bilər?
Rusiyalı terapevt və genetik məsləhətçi İrina Nalimova sağlamlıq vəziyyətini qiymətləndirmək üçün ildə bir dəfə ümumi qan analizi verməyi tövsiyə edib. Onun sözlərinə görə, bu müayinə ən informativ analizlərdən biridir. saytına istinadən xəbər verir ki, mütəxəssis ümumi qan analizinin orqanizmdə hans
1 noyabrDondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür
1 noyabrİtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
1 noyabrPayızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
6 noyabrUstalar üçün müştəri etibarını artıran 5 əsas amil hansıdı?
Müştəri usta seçərkən yalnız qiymətə baxmır. İşin keyfiyyəti, ustanın davranışı və verdiyi sözə əməl etməsi də önəmlidir. Etibar qazanan ustalar daha çox tövsiyə olunur və daimi müştəri qazana bilirlər. Bəs müştərinin etibarını qazanmaq üçün usta nələrə diqqət etməlidir?. Peşəkarlıq və iş keyfiyyəti
3 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr