"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - MƏHKƏMƏ

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - MƏHKƏMƏAzərbaycanda baş verən və cəmiyyəti silkələyən, dəhşətli cinayət hadisəsinin – 75 yaşlı qayınatanın gəlinini öldürməsinin təfərrüatı məlum olub.

Oxu.Az cinayətin motivini təqdim edir.

Hadisəyə keçməmişdən öncə amansız cinayətin qurbanı olan Banı Məhərrəmova barədə yazmaq istərdik.

Öncəliklə deyək ki, hadisə barədə mətbuatda məlumatlar getdiyindən bu yazımızda şərti adlar deyil, təqsirləndirilən və zərərçəkənin gerçək adlarını qeyd edəcəyik.

Banı Məhərrəmova 2015-ci ildə Fariz Məhərrəmovla ailə həyatı qurub, onların bu nikahdan oğlan övladı dünyaya gəlib.

İdris Məhərrəmov – cinayəti həyata keçirən şəxs

İdris Məhərrəmov ifadəsində qeyd edib ki, oğlu Farizlə Banının övladı dünyaya gəldikdən bir müddət sonra onlar arasında tez-tez ailə-məişət zəminində mübahisələr baş verib.

O, bu barədə Banının anasına da xəbərdarlıq edib, ancaq bu da ər-arvad arasındakı münasibətlərin normallaşmasına gətirməyib.

İş o yerə çatır ki, 2017-ci ildə Farizlə Banı arasında baş verən münaqişə sonuncunun ayrılıb ata evinə getməsi və burada 4-5 ay yaşaması ilə nəticələnib.

Emosiyalar soyuduqdan sonra isə Banı və onun ailəsi hadisədən peşmanlıq bildirərək Farizlə yaşamasını təmin ediblər.

Banı əri ilə yaşamağa başlayır, lakin onların münasibətlərindəki qarşılıqlı aqressiya getdikcə daha da sərt şəkil alır.

İdris Məhərrəmov ifadəsində qeyd edir ki, Banı gəldikdən təxminən beş ay sonra yenidən əri ilə mübahisələrə yol verib. Farizlə Banının ikinci övladları dünyaya gəldikdən sonra isə Banı daha da aqressivləşib və digər ailə üzvlərini təhqir etməyə başlayıb.

Mübahisələrin intensivləşməsi və qarşılıqlı xarakter almasından sonra Banı Bakıda yaşayan xalasıgilə gedir və orada yaşamağa başlayır.

Fariz Kanadaya gedir

Banının anasının ifadəsi isə fərqlidir. O bildirib ki, Fariz təxminən bir il öncə Kanadaya köçdükdən sonra onun ailəsi qızını incidib. Farizin xaricdə olduğu müddətdə ailədaxili münaqişələr dözülməz həddə çatıb, hətta Banı baldızından polisə şikayət edib. Banının şikayətinin motivi bu idi ki, guya baldızı onun pulunu oğurlayıb, amma istintaq zamanı Banının iddiası öz təsdiqini tapmayıb.

Bundan sonra baldızı da evi tərk edir. Banı qayınatası, qayınanası və iki azyaşlı övladı birgə qalır, günü yenə də dava-dalaşla keçir. Az keçdikdən sonra isə Banı qayınanasını da evdən qovur...

Cinayətə şövq edən düşüncələr

Biz müəyyən səbəblərdən dolayı İdris Məhərrəmovla gəlini arasında dərinləşən mübahisəyə rəvac verən bəzi məqamları bu yazıda qeyd etmirik.

Məsələni bir cümlə ilə ifadə etsək, qeyd edə bilərik ki, qayınata gəlininin oğluna xəyanətindən şübhələnib.

İdris Məhərrəmov ifadəsində bu məqamları göstərib, gəlininə evdən çölə çıxmaması üçün qadağa qoyduğunu bildirib.

Banı övladlarının ona verilməyəcəyindən qorxduğu üçün qayınatasının qadağasını icra etmək məcburiyyətində qalıb.

Lakin bu qadağanın müddəti çox da çəkməyib, Banı öz həyatının olduğunu və buna heç kimin qarışmamasını tələb kimi səsləndirib.

Bu zaman qayınata oğlunu göz önünə gətirərək onun adına ləkə gəldiyini düşünüb.

O, bütün söz-söhbətlərə son qoymaq üçün Banını öldürmək qərarına gəlib.

Cinayət anı

2021-ci ilin yanvarın 26-da qayınata gəlinini öldürmək fikrini qətiləşdirir, ancaq Banının ona müqavimət göstərmək potensialını da gözardı etmir. O düşünür ki, Banı fiziki cəhətdən ondan qüvvətli olduğu üçün öncə bərk alət tapıb ilk zərbəni gəlininin baş nahiyəsinə vursun.

İdris Məhərrəmov ilk cinayət aləti kimi çəkici seçir. O, nəvələrinin öz otaqlarında telefonla oynamasından istifadə edərək əlində çəkiclə Banının otağına girir.

Gəlininə "Banı nə edirsən?" deyir, Banı ona tərəf dönmədən "paltarları yığışdırıram" cavabını verir. Qayınata heç bir söz demədən əlində tutduğu çəkiclə Banıya arxadan yaxınlaşıb başının arxa hissəsindən çəkiclə iki dəfə möhkəm zərbə vurur.

Banı zərbələrin təsirindən yerə yıxılıb "ata, neyləmişəm məni vurdun?" deyir, cavabında Banıya "ailəmizi dağıtmısan, məni biabır etmisən! Ona görə də vurdum" deyə cavab verir.

İdris Məhərrəmov çəkici yerə atıb Banının qollarından yapışaraq onu sürüyür və qapıdan kənara çıxarır.

Banı danışsa da, tərpənə bilmir, İdris Məhərrəmov isə cinayət niyyətini tam şəkildə başa çatdırmaq üçün gəlinini həyətə çıxarır. Mətbəxə keçərək bıçaq götürür və halsız şəkildə yerdə uzanan gəlininin qarnına dayanmadan bir neçə bıçaq zərbəsi vurur.

Uşaqların qorxacağını düşündükdən sonra o, arvadına və qızına zəng edərək nəvələrini gəlib aparmaq tapşırığını verir, təyin etdiyi yerdə nəvələrini onlara təhvil verir, ancaq hadisə barədə onlara bir kəlmə də demir.

Evə qayıtdıqdan sonra özünü itirir. Gəlininin öldüyünə əmin olduqdan sonra törətmiş olduğu əməlin ictimai təhlükəliliyini daha da artıraraq, Banının meyitini bıçaq və balta ilə hissələrə ayırıb torbalara yığır.

İstintaq materiallarında meyitin necə doğranması detallı şəkildə qeyd olunub. Həmin detalları təfərrüatlı şəkildə yazmağı ehtiyac görmürük. Təkcə onu bildirək ki, İdris Məhərrəmov meyitin baş hissəsinə baxıb əsəbiləşdiyi üçün hər iki qulaqlarını, burnunu kəsib üzünün dərisini soyub, sonra hər iki gözlərini bıçaqla çıxarıb: "Meyitin sifətinə baxıb əsəbiləşdim, buna görə qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..."

Başını ayrıca sellofana qoyub, qulaqlarını, burnunu, gözlərini və üzünün dərisini başının yanına qoyub. Bundan sonra su ilə yerin qanını yuyub.

O, torbaları özünə məxsus avtomobilin yük yerinə qoyduqdan sonra meyitin parçalanmış hissələrini yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atır.

İdris Məhərrəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (Meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6125   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr