Yas mərasimləri və qadağalarla bağlı YENİ AÇIQLAMA
"Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur. Lakin pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər bu gün də qüvvədədir".
Sonxeber.az xəbər verir ki, bunu "oxu.az"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.
O, bütün dünyada kütləvi tədbirlərə məhdudiyyətlərin qoyulmasına diqqət çəkib:
"Dünya ölkələrində olduğu kimi Azərbaycanda da qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Artıq iki ilə yaxındır ölkədə pandemiya ilə bağlı ciddi mübarizə tədbirləri görülür. Bu səbəbdən kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər var".
Böyük kütləviliyi ilə seçilən, sosial məsafənin təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10914 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr