"Qafqazinfo" ilə BŞTİ-nin birgə layihəsi - "Qazi müəllimlərimiz"
44 günlük Vətən Müharibəsində iştirak edən on minlərlə azərbaycanlı arasında müəllimlər də yer alıb. Təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdən 38 müəllim müharibədə iştirak edərək qəhrəmanlıq göstərib. Onların hər biri qazi kimi geri dönərək yenidən müəllim fəaliyyətlərini davam etdirirlər.
Vətən Müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Qafqazinfo" xəbər portalı "Qəhrəman müəllimlərimizi tanıyaq" layihəsi çərçivəsində 38 reportaj yayaraq həmin müəllimlər haqqında materiallar dərc edib. Bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, həm də şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə müsbət töhfə verib.
İctimaiyyət arasında da maraqla qarşılanan layihə başa çatandan sonra belə bir təşəbbüs yarandı ki, həmin reportajların toplusunu əks etdirən bir kitab dərc olunsun və bu vəsait ödənişsiz olaraq həm Bakı şəhəri üzrə, həm də ölkənin digər məktəblərinə paylanılsın.
Türkiyədə yüksək keyfiyyətlə dərc olunacaq kitabın nəşr xərcləri, təqdimatı və yayımına dəstəyi "Nar" öz üzərinə götürüb. Kitab "Nestor yayınları" tərəfindən nəşr ediləcək.
Bu gözəl təşəbbüsün qazi müəllimlərimiz haqqında məlumatın yayılmasında böyük rol oynayacağına, həmçinin gələcək nəsillərin tərbiyəsinə töhfə verəcəyinə inanırıq.
Qeyd edək ki, kitabın ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə nəşr olunması nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 793 Tarix: 28 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabr