Aqil Abbas: "Kim arvadından, ərindən boşanmaq istəyirsə..."
Ənənəvi media və sosial şəbəkələr insanların şəxsi həyatını nümayişə çıxarmaqla köhnə zamanların "evin sirri elin sirri" qəlibini sındırıb. İndi əksəriyyət çəkinmədən gündəlik qayğılarını, ailə gizlinlərini paylaşır.
Milli Məclisin üzvü Aqil Abbas Yenisabah.az-a açıqlamasında bu məsələdə əsasən televiziyaları günahkar sayıb:
"Bu problemin ən böyük günahı televiziyalardadır, ikinci sırada isə sosial şəbəkələr gəlir. İnsanları verilişə çıxarırlar, biri arvadının xəyanətindən danışır, biri ərinin. Bütün bunlar Azərbaycan mentalitetinə uyğun olmayan hərəkətlərdir və fərdi problemlərdir. Azərbaycanda 10 milyon əhali yaşayırsa, onların hamısı şəxsi həyatını ictimailəşdirməlidir?
İnsanların həyatını televiziyalara çıxarmaq, saytlarda, sosial şəbəkələrdə paylaşmaq olmaz. Çıxıb efirdə deyirlər ki, "xalam oğlu məni zorladı", "dayımoğlu nakişi hərəkət etdi" və s. Kənardan baxan da deyir ki, ay Allah, bu millət necə millətdir?! Kim arvadından, ərindən boşanmaq istəyirsə, getsin, məhkəmədə boşansın, televiziya boşanma yeri deyil.
Televiziya kanalları reytinq xətrinə millətin əxlaqını qurban verirlər. Mən parlamentdə bu məsələni mütləq qaldıracağam".
Bununla belə, Aqil Abbas müəyyən hadisələrin ictimailəşdirilməli olduğunu da vurğulayıb:
"Doğrudur, müəyyən hadisələr ola bilər ki, mütləq ictimailəşdirilməlidir. Məsələn, kiminsə zorakılığa məruz qalmasını hüquq-mühafizə orqanları laqeyd qarşılayırsa, həmin şəxs bunu ictimailəşdirməyə məcburdur. Eyni zamanda, bu cür məsələlərə hüquq-mühafizə orqanları vaxtında baxmırsa, bu, artıq onların təqsiridir. Deməli, boşluqlar var ki, insanlar məcbur olub öz şəxsi problemlərini ictimailəşdirirlər və o, həllini tapır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3271 Tarix: 28 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabr