Şagirdlərin bu fotosu ilə bağlı direktordan açıqlama
Cəlilabad rayonu, 8 saylı məktəbin direktoru Cəlil Abdullayev təmir zamanı şagirdlərin əməyindən istifadə olunması ilə bağlı məlumata münasibət bildirib.
"Qafqazinfo"ya açıqlama verən C.Abdullayevin sözlərinə görə, yeni təyin olunduğu bu vəzifəsində ona maneə yaradanlar var: "Əvvəl bu məktəbdə direktor müavini olmuşam, sonra imtahan verib direktor təyin edilmişəm. Sentyabrın 13-də işə başlamışam, direktor kimi işləməyimin hələ iki ayı olmayıb. Amma kimlərsə mənə işləməyə imkan vermir. Direktor təyin ediləndən sonra məktəbi səliqəli hala salmağa çalışıram. Bununla bağlı məktəbin həyətində şəhid bulağı tikmək istəyirdik.
Həmin vaxt məktəbə tikinti materialları gələndə mən orada olmamışam, uşaqlar da şəhid bulağının tikilməsi üçün kömək ediblər. Kimsə orada foto çəkərək yayıb. Əlavə sinif otaqları da tikmək istəyirdik, gördük alınmır, tikilən divarı da sökdük".
Xatırladaq ki, sözügedən fotolarla bağlı Təhsil Nazirliyindən saytımıza bildirilib ki, şagirdlərin tikinti materialı daşıması ilə bağlı məlumatlar araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2229 Tarix: 29 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr