"Bu da Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə statusunun möhkəmlənməsi deməkdir" - Jalə Əhmədova

"Bu da Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə statusunun möhkəmlənməsi deməkdir" - Jalə Əhmədova"Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi ilə əlaqədar ölkəmizə səfər edən Türkiyə Prezidenti bununla dünyaya "Biz hər zaman Azərbaycanın yanındayıq" mesajını verdi".

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanının ilk rəsmi qonağının qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olması təsadüfi deyil:

"Ən ağır günlərində Azərbaycanı yalnız buraxmayan, dostluq və qardaşlıq münasibətlərini öz əməlləri ilə sübut edən Türkiyə bugünkü xoş günümüzdə də yanımızda oldu. Hər iki ölkə üçün əlamətdar olan açılış mərasimində iştirak etməklə Türkiyə Prezidenti Azərbaycan xalqına qürur, fəxarət hissi yaşatdı. Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilən açılış mərasimi iki ölkə arasındakı münasibətlərin inkişafında da xüsusi​ əhəmiyyətə malik tarixi hadisə kimi qiymətləndirilir.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq standartlara cavab verən hava limanının qısa müddətdə ərsəyə gəlməsi, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bir daha göstərmiş oldu. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin etməklə yanaşı, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda gerçəkləşdirilən quruculuq işlərində və bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq".

Jalə Əhmədova vurğulayıb ki, erməni silahlı birləşmələri Füzuli şəhərini işğal etməzdən öncə şəhərdə, yerli əhəmiyyətli olsa da, hava limanı mövcud olub:

"Uçuş zolağı 1600 metr olan həmin hava limanı da, bütün şəhər və kəndlərimiz kimi, son 27 ildə mənfur qonşularımız tərəfindən xarabalığa çevrilib. Lakin bu gün artıq Qarabağda tikinti-abadlıq, quruculuq və bərpa işləri böyük vüsət alıb. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin göstərişləri və tapşırıqları ​ ilə bu gün Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi uğurla davam etdirilir. Bununla yanaşı, Füzuli ilə Şuşanı birləşdirən Zəfər Yolunun tikintisi də artıq yekunlaşıb. Bu isə həm vətəndaşlarımızın, həm də xarici qonaqların Füzuli Beynəlxalq Hava Limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər etməsinə şərait yaradacaq. İşğaldan azad edilmiş torpaqlarımızda bizi hələ bir çox böyük layihələrin açılışı gözləyir ki, bu da Azərbaycanın Cənubi Qafqaz regionunda lider ölkə statusunun möhkəmlənməsi deməkdir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5221   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli

". Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümum

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr