Neftçalanın sabiq icra başçısına HÖKM OXUNDU

Neftçalanın sabiq icra başçısına HÖKM OXUNDUBu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Vəliyevin 11 il V.Əkbərovun 10 il, G.Sadıqovun, V.Nağıyevin, Ə.Kərimovun 8 il 6 ay, A.Cəfərovun 9 il və T.Zahidovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1700   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli

". Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümum

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr