Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO

Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEODaxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və narkopritonlar yaradaraq xüsusən gəncləri narkotik vasitələrdən istifadə etməyə və narkokuryerliyə cəlb edən şəbəkə üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Seymur Cavadov saxlanılıb.

Onun üzərindən və Masazır qəsəbəsində narkotik vasitələrin saxlanılması üçün anbar kimi istifadə etdiyi zirzəmidən ümumilikdə 27 kiloqram, o cümlədən 19 kiloqram 565 qram heroin, 6 kiloqram 810 qram tiryək, 715 qram marixuana və narkotik vasitələrin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Nəsimi rayonu ərazisində keçirdikləri tədbir zamanı Cəlilabad rayon sakini Səxavət İsmayılov narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 8 kiloqram 490 qram psixotrop maddə "patı", "şüşə" adlandırılan metamfetamin, 2 kiloqram 990 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səxavət İsmayılovun Suraxanı rayonunda yaşadığı evdən 3 kiloqram 440 qram tiryək və 1 ədəd narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Xətai rayonunda həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İsmayıl Babayev, Orxan Cavadov və Mübariz Aslanov saxlanılaraq Baş İdarəyə gətiriliblər. İsmayıl Babayevin üzərindən və yaşadığı evdən ümumilikdə 1 kiloqram 230 qram metamfetamin, 2 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik kart, 30 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Orxan Cavadov və Mübariz Aslanovdan isə müvafiq olaraq 124 qram heroin, 100 qram marixuana və tərəzi aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanım Məmmədəliyeva, Mətləb Əzizov və Çinarə Quliyeva saxlanılıblar. Xanım Məmmədliyeva və Mətləb Əzizovdan müvafiq olaraq 1 kiloqrama yaxın metamfetamin, eləcə də 2 ədəd elektron tərəzi, Çinarə Quliyevadan isə 20 qram heroin aşkar edilərək götürülüb.

Paytaxtın Binəqədi və Nizami, həmçinin Saatlı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Bakı şəhərində narkokuryerlik edən Emin Rəhimzadə, Nicat Kərəmov və Sadiq Məmmədov, eləcə də Elvin Həsənovla Nəhməd Abıyev saxlanılıblar. Emin Rəhimzadə, Nicat Kərəmov və Sadiq Məmmədovdan 500 qranma yaxın narkotik vasitələr olan marixuana, heroin, elektron tərəzi, həmçinin Nicat Kərəmovdan əlavə 10 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saatlı rayonunda tutulan Elvin Həsənov və Nəhməd Abıyevin üzərindən və yaşadıqları evlərdən isə ümumilikdə 3 kiloqram 340 qram satış üçün əldə etdikləri marixuana aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışını təşkil edən paytaxt sakinləri Rasim Şahmərdanov və tanışı Şəms Məmmədli saxlanılıblar. Onların üzərindən 22 qram heroin, metamfetamin və 2 ədəd plastik kart, Rasim Şahmərdanovun idarə etdiyi avtomobildən isə əlavə 10 kiloqram 380 qram heroin, 2 kiloqram 340 qram metamfetamin və elektron tərəzi, Cəlilabad rayonunda saxlanılan Səfa İbrahimovun üzərindən isə 4 qrama yaxın heroin aşkar edilib.

Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşalrının Yevlax rayonunda həyata kenirdikləri əməliyyta zamanı isə həmin bölgədə narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Tağıyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 3 kiloqram 400 qram satmaq məqsədi ilə əldə etdiyi marixuana aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 17 nəfər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb edildiklərini, həmçinin narkotiklərin satışını təşkil edən şəbəkənin üzvü olduqlarını bildiriblər. Bu şəxslərin hər biri paytaxt və bölgələrdə narkotiklərin satışını təşkil ediblər və əsasən gəncləri narkokuryerliyə cəlb etmək üçün mütəşəkkil dəstə yaradıblar. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat tədbirləri və təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 64 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 40 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməkdən çəkinməsinlər. Bunun üçün məlumatlı şəxslər Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi ünvanlarına da müraciət edə bilərlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə töhvə vermək üçün məlumatı polis əməkdaşları ilə bölüşən şəxslərin anonimliyinə tam zəmanət verilir.

Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEOPolisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEOPolisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEOPolisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2208   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021