Zorlanan 11 yaşlı qız dünyaya uşaq gətirdi - YENİLƏNİB
Baş Prokurorluq İmişli rayonunda hamilə qalan yetkinlik yaşına çatmayan uşaqla bağlı açıqlama verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
18:14
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.
"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".
17:43
İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qıza qeysəriyyə əməliyyatı edilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.
O bildirib ki, qız əməliyyat olunub:
"Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib".
15:55
Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli rayonunda qeydə alınıb.
Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib.
Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib