Yanlış müalicə üsulları koronavirus xəstələrini ağırlaşdırır - Pulmonoloq
Bu gün koronavirusa yoluxan və ambulator şəraitdə müalicə alan xəstələrin ağırlaşmasının əsas səbəblərindən biri yanlış müalicə üsullarının tətbiq edilməsidir.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-pulmonoloq Əsəd Beydullayev deyib.
Onun sözlərinə görə, xəstəliyin ilkin dövrlərində həkimlərdən toplanan reseptlərin üzləri çıxarılaraq yayılmağa başlayıb:
"Bir binada bir nəfər xəstələnirsə, tiblə əlaqəsi olmayan biri həmin resepti ona verir. Təbii ki, bir neçə nəfərdə bu, effekt verə bilər, amma müalicə fərdi xarakter daşıdığından hamıda effektli olmur.
Ona görə də əvvəl 10 xəstədən 1-2-si ağırlaşırdısa, indi belə hallara görə 5-i ağırlaşır. Yəni, hazırda vəziyyət elədir ki, ixtisaslı həkimdən başqa hər kəs, bərbər, taksi sürücüsü və s. "mütəxəssis"ə çevrilib".
Ekspert qeyd edib ki, xəstəliyin ağırlaşmasında ikinci bir məsələ digər sahə həkimləri və tibb bacılarının da bu işlə məşğul olmağa başlamasıdır:
"Tibb bacıları fikirləşirlər ki, müalicə alınsa, nə yaxşı, alınmasa da sonradan ixtisaslı həkimlərə yönləndirə bilərlər.
Bu səbəbdən əvvəl bizə müraciət edən xəstələr yüngül vəziyyətdə olurdularsa, indi ağırlaşmış halda gəlirlər. Hazırda müalicəyə gələn xəstələrin əksəriyyəti azı 10 gün tibb bacılarının ağır vəziyyətə saldığı xəstələrdir.
Bu, çox dəhşətli bir şeydir. Həmçinin, həmin şəxslər cəmiyyət arasında çox sayda dezinformasiyanın yayılmasının da səbəbkarlarıdırlar.
Biri çimməməyi, digəri müxtəlif dərmanları içməyi tövsiyə edir və s. Yoxsa, xəstəliyin istənilən formasında fəsadları aradan qaldırmaq mümkündür. Təbii ki, burada ölüm faizi də var, ağırlaşmalar da ola bilər. Çünki koronavirus ciddi xəstəlikdir.
Belə olmasaydı, qlobal səviyyədə buna diqqət yetirilməz və pandemiya adı qoyulmazdı. Tibdə zaman çox önəmlidir.
Xəstə müalicəyə nə qədər tez başlasa, daha tez effekt alır. İndi gələn xəstələrin hamısı müalicə aldıqlarını deyir. Müalicə də qonşularının sistem qoşması və aidiyyəti olmayan dərmanların qəbul edilməsidir. Belə hallar işimizi ağırlaşdırır".
Ə.Beydullayev son dalğanın spesifik xüsusiyyətlərindən də danışıb. O bildirib ki, hər bir dalğada fərqli simptomlar özünü göstərir:
"Bir dalğada mədə-bağırsaq pozuntusu daha çox olurdusa, digərində bir başqası üzə çıxır. Son dalğada müşahidələrimiz onu göstərir ki, qızdırma, baş və bel ağrılarından şikayətlər daha çoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib