Moskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEO
Azərbaycanda nar təkcə ölkənin milli rəmzi deyil, bu "kral meyvəsinə" ayrıca bayram da həsr olunur - ənənəvi olaraq, oktyabr ayında, məhsul yığılan günlərdə keçirilən Nar Festivalı. 2020-ci ildə Nar bayramı UNESCO-nun mədəni irsi siyahısına daxil edilib.
Sonxeber.az xəbər verir ki, Azərbaycan mədəniyyətinə həsr olunan rəngarəng bayramın ab-havasını bu gün Rusiyanın paytaxtı Moskvada da hiss etmək mümkündür.
Belə ki, oktyabrın 27-də, Arbat küçəsində yeləşən "Caspian" milli mətbəx restoranı qonaqlarını Nar bayramı ilə tanış edib. Tədbirin ideya müəllifi rəssam, sahibkar və ictimai xadim olan həmyerlimiz Aleksandr Dilbazidir.
Bayram məşhur "Ginza Project" restoranlar şəbəkəsi ilə birgə, "Ginza Project Moskva" şirkətinin baş direktoru Maksim Polzikovun iştirakı ilə "Caspian" restoranında təşkil olunub.
Həmin gün köhnə Arbatın ən gözəl malikanələrindən biri "nar bağına" çevrilib. Qonaqlar üçün bölgənin mədəniyyət və adətlərini milli mətbəx, orijinal içki və canlı musiqi vasitəsilə ortaya qoyan xüsusi proqram hazırlanıb. Burada məşhur brend-şef Bəxtiyar Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunub.
Adətən Nar bayramı bir həftə ərzində qeyd olunur, ona görə də bu müddət üçün restoranın brend-şefi tərəfindən nar menyusu hazırlanıb, məkanın interyerləri isə "nar bağı" obrazından istifadə etməklə etnik üslubda bəzədilib.
Aleksandr Dilbazinin rəsm əsərlərindən ibarət "Nar çiçək açdıqda" ("Когда цветет гранат") sərgisi isə "Nar bağına" keçid etməyə imkan verir.
İlkin mərhələdə 15 əsərdən ibarət kolleksiya xüsusi olaraq Moskvadakı "Ritz Carlton" oteli üçün 2015-ci ildə hazırlanıb və daimi ekspozisiya olaraq burada 2015-ci ildən 2020-ci ilədək nümayiş olunub, növbəti illər ərzində isə dünyanı gəzən 120 rəsm əsərindən ibarət böyük kolleksiyaya çevrilib. "Caspian"da rəssam cəmi 41 əsərini təqdim edib.
Tədbirdə siyasətçilər, iş adamları, yaradıcı ziyalı təbəqəsinin nümayəndələri, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimləri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri həkimləri, restoratorlar, bloqerlər və s iştirak ediblər.
Bayramın ən möhtərəm qonağı dünya şöhrətli muğam ustası Alim Qasımov olub. Ona sərgidə "Üç bacı" (musiqi, rəqs və rəsm) adı ilə təqdim olunan rəsm əsəri hədiyyə edilib.
Bayramın musiqi proqramı Moskvanın pianoçusu Yuri Rozum və Dj Adam Colts tərəfindən hazırlanıb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib