Kiyevdə yüksək vəzifəyə seçilən azərbaycanlı Rəna Nəzərova kimdir?

Kiyevdə yüksək vəzifəyə seçilən azərbaycanlı Rəna Nəzərova kimdir?Sonxeber.az xəbər verir ki, Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar" rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Rəna Nəzərova Ukraynanın tanınmış telejurnalisti, ictimai xadimi və siyasətçilərindən biridir. Ukrayna Milli Jurnalistlər Birliyinin üzvüdür. 2002-ci ildən televiziyadadır. Səkkiz il Ukryana Dövlət Televiziyasında bir neçə proqramın və məşhur "Kiyevski Forumu" sosial tok-şousunun müəllifi və aparıcısı, eləcə də eyniadlı ictimai təşkilatın rəhbəri, Kiyev Şəhər Şurasının deputatı olub. Rəna Nəzərova bu gün Ukrayna paytaxtının ictimai həyatında mühüm rol oynayır.

Nəzərova kimdir?

Rəna Nəzərova 1983-cü il mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə doğulub. Atası Rafiq Nəzərov azərbaycanlı, anası isə ukraynalıdır.

2006-cı ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakültəsini bitirib. Eyni zamanda, sözügedən ali məktəbin magistraturasında oxuyub.

Jurnalistika fəaliyyəti

2004-cü ildən Ukraynada televiziya sahəsində işləyir. Ukraynanın dövlət televiziyasında "Kiyev vaxtı ilə", "Əslində", "Fərqli baxış" və s. kimi proqramların aparıcısıdır.

2009-cu ildə "Perşoy Xromadski" qəzetinin baş redaktoru təyin edilib.

2012-2013-cü illərdə "Kiyevski Forum" qəzetinin baş redaktoru vəzifəsini yerinə yetirib.

2007-2014-cü illərdə əvvəlcə Kiyev Dövlət Televiziyası və Radiosunda (KQTRK), daha sonra isə ZIK telekanlında "Kiyev Forumu" adlı sosial layihənin müəllifi və aparıcısı olub.

Siyasi təzyiqlər

"Kiyev Forumu" paytaxt sakinlərinin - kiyevlilərin aktual problemlərini işıqlandırır, bu məsələlərin həllinə öz töhfəsini verir. Forumun qonaqları arasında ukraynalı siyasətçilər, rəsmi şəxslər, hakimiyyət orqanlarının nümayəndələri, Kiyev Şurasının deputatları, ictimai təşkilatların nümayəndələri, jurnalistlər və ictimai fəallar var. "Kiyev Forumu"nun əsas mövzuları qanunsuz tikililər, mənzil problemləri, yaşıllıqların məhv edilməsi, mənzil-kommunal təsərrüfatında islahatlar, nəqliyyat problemi, tarif siyasəti, tibbi xidmətin keyfiyyəti, paytaxtda seçkilər və sairdir.

Rəna Nəzərovanın televiziya şousu dəfələrlə siyasi motivlərlə bağlanmağa cəhd edilib. Amma o, belə təzyiqlər qarşısında Kiyev sakinlərindən dəstək alıb. Forumun şüarı belədir: "Şəhərimizin taleyi yalnız öz əlimizdədir".

Kiyev Forumu media layihəsi televiziya şousunu, internet saytı, eyniadlı qəzeti və ictimai təşkilatı birləşdirir. Layihə kommersiya xarakterli deyil, ictimai təşkilatın hesabına fəaliyyət göstərir.

Yüksək vəzifədə

Rəna Nəzərova 2012-ci ilin oktyabrında Kiyevin 222 saylı seçki dairəsindən Ukrayna Ali Radasının deputatlığına namizəd olub. Seçkiləri 25 faiz səslə 2-ci yerdə başa vurub.

2014-cü ilin mayında keçmiş boksçu və siyasətçi Vitali Kliçkonun "Udar" Partiyasından Kiyev Şəhər Şurasının VII çağırış deputatı seçilib.

Rəna Nəzərova Kiyevdə ictimai televiziyanın (STK) yaradılmasının təşəbbüskarı olub. Cəmiyyətdən bu yöndə dəstək aldıqdan sonra Kiyev meri Vitali Kliçko və Kiyev Şəhər Şurasının deputatlarına "Kiyev" kommunal televiziya şirkətinin bazasında STK yaratmaq üçün müraciət edib.

Rəna Nəzərova 2014-cü il iyunun 19-da Kiyev Şəhər Şurasının plenar iclasında sözügedən qurumun informasiya siyasəti və reklam komissiyasının katibi seçilib.

Şəxsi həyatı

Rəna Nəzərova evlidir. Həyat yoldaşı Ukraynanın tanınmış siyasətçisi Yuri Zbitnevdir. Eyni zamanda, Yuri Zbitnev biznesmendir. O, hazırda Vətəndaş Konstitusiya Konqresinin icraiyyə komitəsinin və "Yeni güc" Partiyasının rəhbəridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2916   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr