Nazirlər Kabinetindən YENİ QƏRAR

Nazirlər Kabinetindən YENİ QƏRARNazirlər Kabineti "Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası"nı təsdiqləyib.

Sonxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Məlumat mərkəzi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilir.

Mərkəz Nazirliyin strukturuna daxil olan qurumun struktur bölməsi kimi təsis olunur. Mərkəz ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsi üçün müvafiq infrastruktura və işçi heyətə malikdir.

Mərkəz aşağıdakı funksiyaları yerinə yetirir:

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına texniki reqlamentlərin və uyğun- luğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər haqqında bildirişlərin verilməsini;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin, standartların və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrinə dair rəyin verilməsinin təşkil edilməsini;

- Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standart- laşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların verilməsinin təmin edilməsini;

- xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair Azərbaycan Respublikasının müvafiq qurumlarına məlumatın verilməsini.

Mərkəzin məlumat strukturuna aşağıdakılar daxildir:

- Azərbaycan Respublikasının texniki reqlamentlərinin layihələri və təklif olunan dəyişikliklər;

- uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər;

- beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqla- mentlərin, standartların layihələri;

- Azərbaycan Respublikasının üzv olduğu regional stan- dartlaşdırma təşkilatları barədə məlumatlar;

- Azərbaycan Respublikasının standartlaşdırma, uyğun- luğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatlar.

Mərkəz texniki tənzimləmə sahəsində bildiriş və məlumatların mübadiləsini elektron poçt ünvanı vasitəsilə və ya yazılı formada həyata keçirir.

Texniki reqlamentlərin layihələri və təklif olunan dəyişikliklər ictimai dinləmələrin və ictimai müzakirənin keçirilməsi məqsədilə Nazirliyin rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirildiyi tarixdən Mərkəz 5 (beş) iş günü müddətində həmin texniki reqlamentlərin layihələri və təklif olunan dəyişikliklər, həmçinin onların əldə edilmə mənbələri barədə bildirişləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir. Aidiyyəti dövlət orqanları (qurumları) uyğunluğun qiymətlən- dirilməsi prosedurlarının layihələrini və təklif olunan dəyişiklikləri razılaşdırılma üçün göndərdikləri tarixdən 2 (iki) iş günündən gec olmayaraq, bu barədə məlumatları Mərkəzə təqdim edir. Mərkəz müvafiq məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər, həmçinin onların əldə edilmə mənbələri barədə bildirişləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir.

Mərkəz Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlət lərarası təşkilatlar, yaxud xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrini əldə etdiyi tarixdən 3 (üç) iş günü müddətində həmin layihələri müvafiq rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə daha qısa müddət müəyyən edilmədiyi təqdirdə aidiyyəti dövlət orqanları (qurumları) bu Qaydaya uyğun olaraq məlumatı aldığı tarixdən 60 (altmış) iş günü müddətində texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurla rının layihələrinə dair rəy bildirməlidir.

Mərkəz Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlət- lərarası təşkilatlar, yaxud xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış standartların layihələrini əldə etdiyi tarixdən 3 (üç) iş günü müddətində həmin layihələri müvafiq rəyin bildirilməsi üçün milli standartlaşdırma qurumuna təqdim edir. Milli standartlaşdırma qurumu bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq layihələrin təqdim edildiyi tarixdən 1 iş günü müddətində həmin layihələri müvafiq sahə üzrə texniki komitəyə göndərir.

Standartlaşdırma üzrə texniki komitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə daha qısa müddət müəyyən edilmədiyi təqdirdə bu Qaydanın 5.8-ci bəndinə uyğun olaraq məlumatı aldığı tarixdən 60 (altmış) iş günü müddətində standartların layihələrinə dair rəyini bildirməlidir.

Milli standartlaşdırma qurumu həmin rəyləri 2 (iki) iş günü müddətində Mərkəzə təqdim edir. Mərkəz təqdim edilmiş rəyləri 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir.

Mərkəz Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında xarici texniki reqla- ment, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair məlumatın əldə edilməsi məqsədilə müraciət daxil olduğu tarixdən 2 (iki) iş günü müddətindən gec olmayaraq xarici ölkələrin aidiyyəti orqanlarına sorğu göndərir və həmin gün bu barədə müraciət müəllifinə məlumat verir. Sorğu əsasında əldə edilmiş məlumatı həmin gün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir.

Xarici texniki reqlamentlərin, uyğunluğun qiymətlən- dirilməsi prosedurlarının və xarici ölkələrə məxsus milli standart layihələrinin xarici ölkələrin aidiyyəti orqanlarının rəsmi internet səhifələrindən əldə edilməsi mümkün olduğu halda, Mərkəz bu barədə məlumatı müraciət daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində müraciət müəllifinə təqdim edir və xarici ölkələrin aidiyyəti orqanlarına sorğu göndərmir.

Mərkəz Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standart- laşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir.

Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9586   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr