Yol polisindən qazi statusundan sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Yol polisindən qazi statusundan sui-istifadə edənlərə XƏBƏRDARLIQ"Hər birimiz torpaqlarımızın azad olunmasında iştirak edən şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Lakin təəssüf ki, bəzi qazilərimiz qazi statusundan sui-istifadə etməyə çalışırlar".

Sonxeber.az xəbər verir ki, bu sözləri "oxu.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O bildirib ki, biz qazilərimizlə qürur duyuruq, lakin bəzi davranışlarla onlar öz qazi statuslarına kölgə salmış olurlar:

"Bəzi qazilərimiz idarə etdikləri avtomobillərin nömrələrini çıxararaq yola çıxırlar. Burada məqsəd nədir? Tək məqsəd var, o da ki, yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaq. Bu, yolverilməzdir.

Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən "Yol hərəkəti haqqında" qanunun tələblərini kobud şəkildə pozur.

Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman "mən qaziyəm" deyə cavab verir və özlərinə haqq qazandırmağa çalışırlar. Yenə də deyirik, biz qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq. Lakin qanun hər kəs üçün qanundur.

Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, lakin bu, o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər. Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər.

Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1198   Tarix: 10 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr