"OBA" marketlər şəbəkəsi "Vətən bağı"nda şəhidlər bulağını istifadəyə verdi
Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində hər zaman şəhid ailələri və qaziləri diqqət mərkəzində saxlayan "OBA" marketlər şəbəkəsi noyabrın 8-də Zəfər günü münasibətilə Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən "Vətən bağı - Şəhidlər parkı"nın açılışında iştirak edib.
8 noyabr Zəfər gününə həsr edilən açılış mərasimində "OBA" marketlər şəbəkəsi kollektivi, Tərtər rayonu İcra Hakimiyyəti, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və media nümayəndələri iştirak edib.
Xatırladaq ki, sözügedən park "Vətən Bağı" Humanitar Təşəbbüslər İctimai Birliyi, Tərtər rayonu İcra Hakimiyyətinin təşəbbüsü və "OBA Market" MMC-nin dəstəyi ilə ərsəyə gəlib. Belə ki, "OBA" marketlər şəbəkəsi şəhidlərin adını ucaltmaq və onların xatirəsini əbədi yaşatmaq məqsədilə "Vətən bağı"nda şəhidlər bulağını istifadəyə verdi.
Qeyd edək ki, ümumi sahəsi 3 hektar olan parkda, həmçinin Vətən müharibəsi zamanı qəhrəmancasına canlarından keçən şəhidlərin adına ağaclar əkilib, 44 günlük tarixi Qələbəmizin simvolu olan "Xarı bülbül" və "Zəfər yumruğu" abidələri ucaldılıb.
Tədbir zamanı vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub və şəhidlər bulağının açılışı həyata keçirilib.
"OBA" marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib və keçirilən layihənin əhəmiyyətindən danışıb:
""OBA" marketlər şəbəkəsi, "Vətən Bağı" Humanitar Təşəbbüslər İctimai Birliyi və Tərtər rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn "Vətən bağı-Şəhidlər parkı" layihəsinin açılış günündəyik. Bu gün "Vətən bağı"nda şəhidlərimizin əziz xatirəsinə həsr etdiyimiz bulağın açılışını həyata keçirməkdən qürur duyuruq".
Bir daha "OBA" marketlər şəbəkəsi olaraq xalqımızı Zəfər günü münasibətilə təbrik edirik".
"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Elimizin hər yanı, "OBA"mızın ünvanı!


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 821 Tarix: 10 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabr