Ədliyyə Nazirliyindən Biləsuvarın sabiq icra başçısının səhhəti ilə bağlı AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyevin vəkilinə istinadən onun sağlıq durumunun ağır olması ilə bağlı məlumatlar yayılır.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova APA-ya bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil:
"Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı 1958-ci il təvəllüdlü M.Quliyev iki ay əvvəl koronavirusa yoluxub. O, hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyindən təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilib və orada iki ay müddətində, o cümlədən süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunub. Peşəkar həkim heyətinin səyləri nəticəsində həyatı xilas edilərək bir həftə öncə reanimasiyadan çıxarılaraq palataya köçürülüb.
Bildirirəm ki, virusdan tam sağalmış M.Quliyevin ümumi reabilitasiya tədbirləri üçün mülki sektorda adi bərpaedici müalicəyə cəlb olunub.
Yeri gəlmişkən, koronavirus xəstəliyinə yoluxmuş sabiq icra başçısı Vilyam Hacıyev da Gömrük Hospitalında müalicələrə cəlb edilərək tam sağalmışdır.
Fürsətdən istifadə edib nazirliyimizin adından Gömrük hospitalının rəhbərliyinə və həkimlərinə kimliyindən asılı olmayaraq xəstə insanların sağalması üçün fədakar əməklərinə görə dərin təşəkkürümü bildirirəm.
Maraqlısı odur ki, M.Quliyev tam sağalaraq hospitaldan bu gün çıxdığı halda məhz bu gün səhhətinin ağır olması barədə həqiqətə uyğun olmayan xəbər yayılıb.
Təəssüflə qeyd etmək istəyirəm ki, bundan öncə də digər həbs olunmuş şəxslər barəsində yanlış məlumatlara rast gəlirdik.
Düşünürəm ki, bu cür məsələlərlə bağlı cəmiyyətə məlumat verilərkən daha həssaslıqla yanaşılmalıdır, çünki sensasiya xatirinə yalan xəbərlərin yayılması ictimaiyyətdə çaşqınlıq yaradır, həmdə xəstələrin ailələrinə, yaxınlarına mənəvi cəhətdən yenidən iztirab və əsassız narahatlıq yaşadır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri