Azərbaycanda kassa çekləri çəki ilə satılır - AÇIQLAMA + FOTO/VİDEO
Azərbaycanda kassa çeklərinin toplu şəkildə çəki halında satışının həyata keçirildiyi ilə bağlı video yayılıb.
Oxu.Az-ın məlumatına görə, təxminən bir kiloqram çəkidə olan çeklərin 35-45 manat civarında satışa çıxarıldığı iddia edilir.
İlk növbədə qeyd edək ki, qanunvericilikdə bu çeklərin toplu şəkildə satışına hər hansı bir məhdudiyyət və ya qadağa nəzərdə tutulmayıb. Belə bir hal isə ilk dəfədir ki, baş verir.
Lakin qanunvericilikdə istənilən sahibkarlıq fəaliyyəti ilə bağlı mənfəətdən vergi ödənilməsi nəzərdə tutulur. Bu, təmin edilmədikdə isə vergidən yayınmaya görə şəxsi müvafiq məsuliyyət gözləyir.
Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev Oxu.Az-a bildirib ki, qanunla bu cür halların tənzimlənməsi nəzərdə tutulmayıb:
"Əgər bu, qanunvericilikdə nəzərdə tutulmayıbsa, deməli qadağa yoxdur. Buna görə də həmin şəxs bu çeklərin satışını həyata keçirə bilər. Çeklərin yığılaraq kiloqramla satışını həyata keçirən şəxslərin vergiyə cəlb etmək nə dərəcədə düzgün olması müzakirə mövzusudur. Burada böyük məbləğdən söhbət gedə bilməz. Əgər çeklərin bir kiloqramı 35-45 manata satılırsa, deməli 10 kiloqramdan 350-450 manat vəsait əldə edilir. Aylıq dövriyyə 2 000 manatı aşmadığı müddətdə bu şəxslərdən satdığı məhsula görə kassa çeki belə tələb etmək olmaz".
Qeyd edək ki, "ƏDV geri al" portalında istənilən sayda çek vurmaq olar, buna məhdudiyyət yoxdur. Ümumiyyətlə çekin olması isə hələ o demək deyil ki, onunla ƏDV-ni geri almaq olar. Bunun üçün həmin çek yeni nəsil kassa aparatlarından alınan qəbz olmalı, pərakəndə ticarət və ya ictimai iaşə obyekti ƏDV ödəyicisi olmalı, alınan mallar ƏDV-yə cəlb olunan mallar olmalıdır. Bu videodan isə həmin çeklərin müvafiq tələblərə cavab verdiyi görünmür.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3406 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabr