11 min manatı Orduya bağışlayan şəhid anası iş axtarır

11 min manatı Orduya bağışlayan şəhid anası iş axtarır2020-ci ilin oktyabrın 20-də Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əsgər Məlik Zülfüqarov şəhid oldu. Ötən ilin bu vaxtları sosial şəbəkələr şəhidin anası Yeganə Ədilovanın dövlətin ona verdiyi 11 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlamasından danışırdı. Həmin vaxt bu pulun əsgərlər üçün vacib olduğunu deyən ana hər zaman dövlətimizin yanında olacağını vurğulamışdı.

Sonxeber.az xəbər verir ki, Azvision.az qələbəmizin bir ilinin tamamında şəhid anası ilə əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb. Ötən bir ilin çətin keçdiyini deyən ananın göz yaşları hələ də qurumayıb, gözü qapıda oğul yolu gözləyir:

- Bu müddət ərzində onun şəhidliyi ilə barışa bilmədim. Məliksiz keçən ömür mənim üçün çox çətindir. Gözümüzün yaşı qurumadı. Övlad itirən ana necə ola bilər? Dörd dəfə Məlikin xidmət etdiyi hərbi hissəyə getdim. Hər dəfə qapıdan içəri daxil olanda elə bilirdim Məlik məni qarşılayacaq. Onunla hərbi hissədə çay içib söhbətləşdiyimiz anlar gözümün qarşısından lent kimi keçirdi".
Ana deyir ki, Məlik qələbə əzmi ilə döyüşlərə qatılmışdı və ölməyə deyil, öldürməyə getmişdi: "Tez-tez yuxularıma gəlir. Onun uşaqlıq vaxtlarını görürəm. Əsgərliyə gedəndə 18 yaşı var idi. Ötən ilin iyulunda doğum gününü hərbi hissədə qeyd etdi. Bu il isə ad gününü məzarı başında keçirdim. Təmtəraqlı qeyd etməyi sevməzdi. Mənə deyərdi ki, "bir tort bişir, bəsdir". Bu il tortu bişirib, məzarı üstə getdim. Həmişə deyirdim ki, Məlik ya qalib əsgər, ya da qazi kimi qayıdacaq. Şəhid olacağını heç gözləmirdim".

YAŞAT Fondu dəfələrlə Yeganə Ədilova ilə əlaqə saxlayıb, köməklik göstərməyi təklif etsə də, o bundan imtina edib. Deyir ki, YAŞAT Fondunun maddi dəstəyi qazilər üçün daha gərəklidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərzi olduğumu nəzərə alıb, mənə tikiş maşını verib. Amma ev şəraitim yaxşı olmadığına görə həmin maşını quraşdırıb, işlədə bilmirəm. Kürdəmir rayon icra hakimiyyətinə iş üçün müraciət etmişəm. Çünki işləyib bütün problemlərimi özüm həll etmək istəyirəm".

Yeganə xanım deyir ki, şəhid anası olduğu üçün oturub hər şeyi dövlətdən istəyə bilməz: "Borcum və kreditim mənə aiddir, bunun dövlətə aidiyyatı yoxdur. İş olsaydı, işləyib bunları həll edərdim, amma bu istiqamətdə mənə köməklik olunmadı. Bakıdan bir şəxs gəlib, bizə 2 otaqlı ev tikiləcəyini dedi, razılaşmadım. Bildirdim ki, heç olmasa 3 otaqlı ev tikilsin ki, onun bir otağını Məlik üçün muzey edə bilim. Onu da etmədilər. İndi bir otaqlı evimdə qızımla qalıram. O zaman 11 min manatı da dövlətə verdim, çünki əsgərlərinizin ehtiyacı var idi. Hər zaman əsgərlərimiz üçün canımı da verərəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2931   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr