Məmur reket-"jurnalist" Ata Abdullayevin məhkəməsinə məcburi gətiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-"jurnalist" Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində telefon mağazasında satıcı işləyən Siyavuş Kərimov dindirilib.
O bildirib ki, A.Abdullayevi 2007-ci ildən tanıyır:
"Ata bir neçə dəfə telefon təmir etmək üçün mağazaya gəlib. O, iki-üç ildən bir telefon dəyişirdi. Sonuncu dəyişdiyi telefon "iPhone 11" və "iPhone 12" idi. Onun telefonunu dəyişdim, bilmirdim ki, onu necə alıb və ya neçəyə alıb".
Daha sonra məhkəmədə qeyd edilib ki, şahidlərdən biri - Ziya Məmmədov ölkə xaricindədir. Buna görə prosesdə onun istintaqa verdiyi ifadə elan olunub.
Z.Məmmədov ifadəsində deyib ki, A.Abdullayev Elmar adlı şəxsə zəng edərək onun barəsində rüsvayedici məlumatlar yayacağını deyib:
"Ata Abdullayev deyib ki, mən mebel dükanında qanunsuz işlərlə məşğul olmuşam. Elmara dedim ki, 3 min manat verə bilərəm ona. Ata Abdullayev isə bildirib ki, 5-10 min manatla düzələn deyil".
Prosesdə A.Abdullayev vəsatət qaldırıb. O, şahid, Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovun məhkəmədə iştirakının təmin olunmasını xahiş edib.
Onun vəsatəti təmin edilib. Məhkəmə Ş.Həsənovun məcburi gətirilməsi barədə qərar qəbul edib
Proses noyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1" yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq "iPhone 11 Pro Max" telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri