"40 min AZN vəsait yığılır, amma..." - "AKKORD"un tikdiyi binadan ŞİKAYƏT
"AKKORD" Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyində yerləşən 11 mərtəbəli 76-cı bina sakinlərindən saytımıza şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, Bakı-Sumqayıt şossesinin 7-ci km-də yerləşən bu binada 2 aydan çoxdur ki, həllini tapmayan lift problemi var.
Sakinlərin bir çox digər narazılıqları da var.
Bildirilir ki, hazırda sözügedən şəhərcikdə 4300-ə yaxın mənzil mövcuddur. Zirzəmilər suyun içindədir, natəmizlik baş alıb gedir. Eyni zamanda, blokda işıqlandırma yoxdur. Sakinlər bir çox problemləri öz vəsaitləri hesabına həll edirlər. Bu mənzillərin komendantı tərəfindən hər ay kommunal xərclər üçün minimum 40 min AZN vəsait yığılsa da, heç bir iş görülmür.
Hazırda sakinlərin ən qlobal problemi lift problemidir. Bu mənzildə yaşayan yaşlı və xəstə insanlar daha çox əziyyət çəkirlər.
Qeyd edək ki, şəhərcikdə işıqların və suyun tez-tez kəsilməsi, eləcə də digər məsələlərlə bağlı mütəmadi olaraq şikayətlər işıqlandırılsa da, problemlər öz həllini tapmır. Digər tərəfdən, şəhərcikdəki binaların hamısı qazla təmin edilməyib.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2389 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisindən sürücülərə növbəti müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib. xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib. "Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarını
13 iyunBəzi ərazilərə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
İyunun 15-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərd
14 iyunUşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?
Valideynlərin övladlarının fotolarını, videolarını virtual məkanda nümayiş etdirmələri artıq adi hal alıb. Sadə bir sevincin bölüşülməsi kimi görünən bu paylaşımlar, əslində uşaqların ləyaqətinin qorunması, hüquqi məsuliyyət və kibertəhlükəsizlik kimi problemləri də özü ilə gətirir. Müasir rəqəmsal dövrü
13 iyunPensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur. Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması v
14 iyunBitki yağları kəskin bahalaşdı - QİYMƏT
Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir
14 iyunEmin Əmrullayev məzunları təbrik etdi
Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, nazirin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:. "Əziz məzunlar,. Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnı
13 iyun