Azərbaycanda koronavirusdan ölənlərin sayı buna görə azalmır - AÇIQLAMA
Hazırda ölkəmizdə kütləvi şəkildə vaksinasiya prosesi həyata keçirilir. Demək olar ki, əhalinin böyük əksəriyyəti COVID-19-a qarşı peyvənd olunub. Son zamanlar yoluxma hallarında azalma müşahidə edilsə də, koronavirusdan dünyasını dəyişənlərin sayında heç bir dəyişiklik yoxdur. COVID-19-a yoluxanların gündəlik statistikasında xəstəlikdən vəfat edənlərin sayı 20 nəfərdən çox olur. Ölkədə uğurlu vaksinasiya prosesi həyata keçirildiyi təqdirdə ölənlərin sayında azalma qeydə alınmır. Halbuki peyvənd virusa yoluxanların xəstəliyini yüngülləşdirmək, vəziyyəti ağır olan şəxsləri isə ölümdən xilas etmək üçün nəzərdə tutulub. Belə olan halda niyə virusdan ölənlərin sayı azalmır?
Mövzu ilə bağlı BAKU.WS-ə müsahibə verən tibb elmləri doktoru, professor Adil Qeybulla virusdan ölənlərin sayının azalmamasını bir insanın bir neçə də koronavirusa yoluxması, o cümlədən saxta COVID-19 pasportu olanların çoxalması ilə əlaqələndirib:
"Ölkədə vaksinasiya prosesi həyata keçirilsə də saxta peyvənd passportu alanlar da var. Bunlar xeyli problem yaradırlar. Adları sənədlərə vaksin olunmuş kimi düşür. Bu da saxta statistikanın yaranmasına səbəb olur. Bundan sonra da vaksinasiya statistikası reallığı tam əks etdirmir. Bundan başqa ölənlər arasında neçəsinin peyvənd olunandan sonra vəfat etdiyini müəyyənləşdirmək lazımdır.
Vaksin olunan şəxslər arasında ya ölüm halı yoxdur, varsa da çox cüzi haldadır. Hazırda dünya da peyvəndlənmə prosesi uğurla getmir. Bu da prosesin ləngiməsinə səbəb olur. Nəticədə virus mutasiyaya uğramaqda davam edir. Bu da belə məsələləri yaradır. Artıq ikinci, üçüncü dəfə xəstələnən olan zaman ölüm hallarında da azalma müşahidə edilmir. Vaksinasiya istər dünyada istərsə də ölkəmizdə nə qədər intensiv şəkildə həyata keçirilsə bir o qədər yoluxamanın qarşısı alına bilər".
Məsələ ilə bağlı BAKU.WS-ə danışan həkim-mütəxəssis Vasif İsmayıl isə virusdan ölüm hallarının azalmamasını aktiv xəstə sayı ilə əlaqələndirir:
"Azərbaycanda aktiv xəstə sayı müəyyən bir səviyyədə qaldığı və çox şiddətli dərəcədə artmadığı üçün ölüm faizi də stabilləşib. Azərbaycanda bu dalğanın bitməməsinə səbəb təhsil müəssisələrinin açılmasının böyük rolu var. Buna görə də bu bəlada qurtulmaq üçün hamıya ancaq peyvənd olunmağı məsləhət görürəm".
Qeyd edək ki, dünyada pandemiyanın yayılmasından bu günə qədər ölkəmizdə 561,925 şəxs koronavirusa yoluxub, 7 471 nəfər isə vəfat edib. Bu ümumi yoluxanların 7%-dir. Statistik rəqəm qonşu Türkiyədə yoluxanların 11%-ni, İranda 4.7%-ni, Rusiyada 3%-ni, Gürcüstanda isə 7%-ni təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"