Azərbaycanda 12 deputatın evi yoxdur - VİDEO
Deputat Tahir Kərimli bu gün "Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib ki, Milli Məclisin işçilərinə yaşayış binası ayrılmasına kömək edilməlidir.
Deputat hökumətdən xahiş edib ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin:
"Parlamentdə uzun illər işləyən gənclər var. Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda təsadüfən bir nəfər rəhbər şəxsin maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin", - deyə Tahir Kərimli deyib.
Sahibə Qafarova Tahir Kərimliyə irad olaraq bildirib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur.
"Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə onun söhbətinə əsəbiləşdim, əsəbimi də gizlətmək istəmirəm. Parlamentin yiyəsi də var, heç bu söz parlamentə yaraşmır da. Mən demişəm, yenə deyirəm, parlamentin yiyəsi Azərbaycan xalqıdır. Qaldı ki, ev məsələsinə. Qarabağda bu gün 1 milyon qaçqın-məcburi köçkün var. Qaçqınlar hara gedəcək? Onları yerləşdirək, sonra danışarıq", - deyə sədr bildirib.
Qeyd edək ki, anews.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda 12 deputatın evi yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2073 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabr