İşsizlər üçün ŞAD XƏBƏR - 22 min iş yeri açılacaq
Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlərin yaradılması məqsədilə beynəlxalq və yerli qurumlarla əməkdaşlıqlar həyata keçirilir.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Dünya Bankı ilə birgə "Azərbaycanda məşğulluğa dəstək" layihəsi icra edilir. 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçılarına kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək.
Bundan başqa kommersiya banklarının həyata keçirdiyi "Özünüməşğulluğa dəstək" layihəsi bu il də davam etdirilir. 2021-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 500 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Dövlət Məşğulluq Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi də özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində biznes planı təsdiq edilmiş əlilliyi olan şəxslərə öz bizneslərini qurmaları üçün aktivlər təqdim ediləcək.
Özünüməşğulluq proqramı çərçivəsində digər istiqamətlər olaraq "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi, "Biznesini yarat marafonu", "Məktəbim" layihəsi, "Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı" layihəsi, "Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması" layihəsi və s. icra olunur.
Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1553 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabr