FHN əhaliyə müraciət etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
Sonxeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır.
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün FHN aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmə baş verdikdə dərhal insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2121 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabr