Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTO
Bağırsaq xəstəlikləri, xüsusən də enterokolit olan insanlar qida rasionundan kələmi istisna etməlidirlər. Bu barədə rusiyalı endokrinoloq və dietoloq Tatyana Boçarova xəbərdarlıq edib.
Onun sözlərinə görə, kələmdəki lif şişkinlik və köpə səbəb olur, həmçinin xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Həkim bildirib ki, qaba lif kələmi çətin həzm olunan qidaya çevirir. O bildirib ki, bu tərəvəz xüsusilə mədə-bağırsaq əməliyyatı keçirənlər üçün zərərlidir. Belə insanlarda orqanizm bərpa olunur.
Həmçinin, iki yaşa qədər kiçik uşaqlar üçün kələmdən imtina etmək daha yaxşıdır.
Boçarova kələmin pankreatit üçün də zərərli olduğuna diqqət çəkib. Belə bir xəstəliyi olan insanlar üçün bu tərəvəzi yemək mümkündürsə, onda yalnız qaynadılmış və ya bişmiş (gündə 100 qramdan çox olmamaq şərti ilə) halda istifadəyə icazə verilir.
Bununla belə, miqdarında istifadə olunarsa, xüsusilə də "C" vitamini ilə zəngin olan kələm çox faydalı tərəvəzlərdən biridir. "C" vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır, həmçinin təbii antioksidantdır və orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.
Kələmin tərkibindəki nadir "U" vitamini isə selikli qişalarda olan zədələnmələri bərpa edir.
Bundan əlavə bu faydalı tərəvəz "K", "PP", "B" qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir.
Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Bu tərəvəz orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Həmçinin yodla zəngindir; Bu mikroelement beyinin və qalxanavari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.
Kələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.
Bu tərəvəz kosmetologiyada da geniş istifadə olunur. Ondan hazırlanan maskalar üz dərisinə çox müsbət təsir edir - dərini cavanlaşdırır, ağardır, daha elastik edir.\oxu.az

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"