Bank mübahisələrinin mediasiya perspektivlərinə və mövcud problemlərin müzakirəsinə həsr edilmiş görüş keçirilib

Bank mübahisələrinin mediasiya perspektivlərinə və mövcud problemlərin müzakirəsinə həsr edilmiş görüş keçirilibKeçirilmiş görüşdə Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Vəkillər Kollegiyasının Sədri Anar Bağırov və Mediasiya Şurasının Sədri Nadir Adilov çıxış ediblər.

Zakir Nurivev Azərbaycan Respublikasında aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarının tərkib hissəsi olan mediasiya islahatları ilə əlaqədar cənab Prezident İlham Əliyevin imzaladığı Mediasiya haqqında Qanuna toxunaraq qeyd edib ki, bu Qanunun tətbiqində bankların və Azərbaycan Banklar Assosiasiyasının da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın çevik inkişaf edən bank sektorunda baş verən mübahisələrin məhkəmədənkənar, alternativ həlli sahəsində mediasiya prosesinin rolu bu baxımdan çox mühümdür. Bu proses bankların uzun uzadı məhkəmə prosesləri olmadan, əlavə vaxt və resurs itkisindən azad olmaqla, problemin yalnız danışıqlar vasitəsi ilə həll edilməsinə xidmət edəcəkdir. Zakir Nuriyev eyni zamanda qeyd edib ki, korporativ sektorun aparıcı qüvvəsi olan banklar çevik həllərə və güclü elektron sistemə malik olduğu üçün günün tələblərinə uyğun olaraq mediasiya islahatlarnın icra edilməsində istənilən dəstəyi göstərməyə hər zaman hazırdırlar.

Sonxeber.az xəbər verir ki, daha sonra çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Sədri Anar Bağırov qeyd edib ki, mediasiya islahatlarının həyata keçirilməyə başalamasının ilk günündən Vəkillər Kollegiyası Mediasiya Şurasının həmtəsisçisi qismində istənilən dəstəyi verib və bu gün də bu dəstəyi göstərir. Anar Bağırov qeyd edib ki, son vaxtlar Mediasiya Şurası və Vəkillər Kollegiyası arasında düzgün qurulan kommunikasiyanın nəticəsidir ki, mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında çox gözəl münasibətlər yaranıb və həm vəkillər, həm də mediatorlar mediasiya proseslərinin tətbiqində çox mühüm rol oynayırlar. Bu isə mediasiya praktikasının zənginləşməsinə, mediasiya islahatlarının davamlı olaraq aparılmasına böyük təkan vermiş olur. Anar Bağırov qeyd edib ki, davamlı olaraq bank sektoru və korporativ sektorda olan mübahisələrin mediasiya yolu ilə həllində bundan sonra da Vəkillər Kollegiyası bütün zəruri dəstəkləri verəcəkdir.

Çıxış edən Nadir Adilov Vəkillər Kolegiyasına və Banklar Assosiasiyasına təşəkkür edərək qeyd edib ki, bu gün hər bir mediatora böyük bir etimad göstərilib. Bu etimadın əsasını, mediatorların peşə fəaliyyətinin bünövrəsini cənab Prezident İlham Əliyevin imzaladığı qanun təşkil edir. Bu bizlər üçün böyük şərəf və böyük məsuliyyətdir. Bu şərəfli yolda Qanunun düzgün tətbiqinə nail olunmasında demək olar ki, əlaqədə olduğumuz bütün dövlət orqanları bizə yaxından dəstək verir. Müstəqil qurumlar sırasında isə Vəkillər Kollegiyasının rolu danılmazdır. Eyni zamanda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediatorların peşə fəaliyyətinə vəsiqə qazanmasında, mediatorların hazırlığının həyata keçirilməsində çox mühüm işlər görür. Mediatorlar kursları bitirərək mediator olmaq üçün ilk vəsiqəni məhz Ədliyyə Akademiyasından alırlar. Nadir Adilov mediatorlar arasında işlərin bölgüsü sahəsində olan şəffaflıq, işlərin mediatorlar arasında ədalətli bölüşdürülməsini qeyd edərək eyni zamanda vətəndaşlar və kommersiya hüquqi şəxslərinin məmnunluğunun artırılması və nəticələrin ölçülməsi məqsədilə mediatorların ictimai qiymətləndirilməsinin həyata keçirildiyini vurğulayıb (iştirak üçün keçid: http://mediasiya.gov.az/faydali/sorgular).

Daha sonra çıxış edən mediator-vəkil, Mediasiya Şurasının işçi qrup rəhbəri Taleh İbrahimov bank sektorunun problemlərinin mediasiya yolu ilə həlli perspektivləri barədə üstünlükləri Bank sektorunun nümayəndələrinin diqətinə çatdırıb. Qarşıya çıxan probelemləri qeyd edib və həlli yolları sahəsində Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlığın zəruri olduğunuq qeyd edib.

Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov öz çıxışında bankların mediasiya proseslərində qarşılaşdığı problemlərə toxunaraq bu problemlərdən çıxış yolları ilə bağlı davamlı vebinarların, görüşlərin və maarifləndirmə işlərinə geniş ehtiyac olduğunu qeyd edib.

Çıxış edən "Paşa Bank" ASC-nin Hüquq şöbəsinin müdürü İlham Hüseynov mediasiya islahatlarının önəmli olduğunu qeyd edərək Mediasiya Şurasının yeni yaradıldığını və banklarla Şura arasında düzgün kommunikasiyanın qurulması, çevik əlaqələr baxımından məsul nümayəndənin olması zərurətini qeyd edib.

Qeyd edilən məsələ ilə bağlı yerindəcə qərar verilib. Belə ki, banklar və mediatorlar arasında olan məsələlərin çevik həlli məqsədilə Zakir Nuriyev və Nadir Adilovun birgə qərarı əsasında Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası, eyni zamanda bütün banklarla əlaqələndirməni həyata keçirən məsul şəxs təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 778   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr