Yol polisini "azdırmağa" çalışan sürücülərə XƏBƏRDARLIQ: "Polislə "oyun" oynamaq düzgün deyil" - VİDEO

Yol polisini "azdırmağa" çalışan sürücülərə XƏBƏRDARLIQ: "Polislə "oyun" oynamaq düzgün deyil" - VİDEOSürücünün polisin "saxla" əmrinə tabe olmaması halı ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Videogörüntülərin tarixi dəqiq bəlli olmasa da, motivi kifayət qədər əhəmiyyətlidir. Belə ki, sürücülər "Yol hərəkəti haqqında" Qanunun müvafiq maddələrinin tələblərini pozur. Bu halda Dövlət Yol Polisi (DYP) əməkdaşları aidiyyəti üzrə onlara qanunvericiliyin normalarına uyğun olaraq protokol tərtib edə və ya qayda pozuntusundan asılı olaraq profilaktik söhbət apara bilərlər.

Lakin bəzən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar, DYP ilə "qaçdı-tutdu" oynayırlar və polisin qanuni "saxla" əmrinə tabe olmurlar. Belə halda məsələ sürücünün xeyrinə yox, ziyanına dəyişir.

Yayılan videogörüntülərdə sürücünün hansı yol hərəkəti qaydasını pozduğu məlum olmasa da, yol polisinin "saxla" əmrinə məhəl qoymadan onu "azdırmağa" çalışdığı görünür. Bu isə birmənalı olaraq kobud qayda pozuntusudur.

Bəs görəsən bu kimi hallarda sürücüləri hansı cərimələr və ya inzibati tənbeh tədbirləri gözləyir?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sürücünün yol polisinin "saxla" əmrinə məhəl qoymadan onun vaxtını alması yolverilməz haldır:

"Bu kimi hallara çox rast gəlinməsə də, hər halda belə sürücülər var. Məlum videogörüntülərin nə zaman və harada lentə alındığı məlum olmasa da, ümumi olaraq bu kimi hallara yol verən sürücülər var. Yol polisinin "saxla" əmrinə tabe olmadan, onunla ara küçələrə daxil olaraq "oyun" oynamaq düzgün deyil. Yol polisinin vəzifəsi yolda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Bu kimi hallara yol verən sürücülər saxlanılan zaman onların əlavə problemləri də olacaq. Məsələn, sürücü 40 manatlıq bir qayda pozuntusuna yol vermişdisə, artıq ona polisin "saxla" əmrinə tabe olmamaqla bağlı 80 manat 4 ballıq cərimə protokolu da tərtib ediləcək. Çünki bu birbaşa qanun pozuntusudur.

Cəmiyyət tez-tez polis vətəndaş münasibətlərini gündəmə gətirməkdə maraqlıdır, bu, başa düşüləndi. Amma vətəndaş polis münasibətində ikinci tərəfində məsuliyyəti olduqca vacibdir. Biz sivil cəmiyyətə yalnız qanun və qaydalara hörmət etməklə nail ola bilərik. Polisin məsuliyyətli insanla heç vaxt mübahisəsi ola bilməz.

Əgər belə bir hal baş verərsə, DİN həmin əməkdaşına aidiyyəti qanun çərçivəsində tədbir görür. Bəzi vətəndaşlar isə polisi müxtəlif provokasiyalara çəkməklə, onu haqlı olduğu yerdə haqsız vəziyyətə salmaq istəyir. Lakin buna cəhd edən şəxslər istəklərinə çata bilmirlər. Çünki bizim əməkdaşlar peşəkar iş üslubundan çəkinmir və qanuni tədbirlərini görürlər. Hər bir kəs işindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq vicdanlı və ədalətli olmalıdır. Ləyaqətini ən ali dəyər kimi uca tutmalıdır. Onu da unutmaq olmaz ki, sürücü polisdən qaçmağa cəhd edən zaman digər hərəkət iştirakçılarına da qəza şəraiti yarada bilər. Bütün sürücülərdən xahiş olunur ki, avtomobil idarə edən zaman intizamlı olsunlar, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükəsizliyi naminə yol hərəkəti qaydalarının tələblərinə düzgün riayət etsinlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1249   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr