Bakıda naməlum şəxs 5-ci sinif şagirdini maşınına mindirərək oğurlamaq istədi - FOTO
Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb.
Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Z.Q sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.
Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.
Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu "Mitsubishi" markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb.
Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub.
Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Qeyd edək ki, məktəbin ön kamerası işləmir.
Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli "Mitsubishi" markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3557 Tarix: 25 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabr