"Tələbələr kreditləri təhsil müddəti bitdikdən sonra 10 ilə qaytarmalıdır"
"Təhsil Tələbə Kredit Fondu tələbə kreditlərinin yuxarı həddini müəyyən edib. Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının Nazirlər Kabineti ilə razılaşmasına əsasən, bu kredit hər il tələbə qəbulu zamanı təhsil haqqı məbləğində olacaq. Burada hər hansı məhdudiyyət nəzərə tututlmayıb. Ən aşağı məbləğ subbakalavrlardadır. İllik təhsil haqqı 400 manatdır. Ən yüksək isə magistratura səviyyəsi üçün 10 min manatdır".
"Qafqazinfo" xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
O qeyd edib ki, ən aşağı təhsil haqqı regionlarda, ən yuxarı isə 10 min manat ADA universitetindədir. Hər bir ixtisas üzrə ödənişli təhsil alan tələbələrə mübasibətdə bu məbləğ müəyyən edilir.
Tələbələr təhsil kreditləri təhsil müddəti bitdikdən sonra 10 il ərzində qaytarmalıdırlar.
Nazir müavini əlavə edib ki, təhsil tələbə krediti dünyada 1960-cı ildən başlanılıb və hazırda 60 ölkədə tətbiq olunur. Bütün ölkələrdə dövlət tərəfindən subsidiyalaşdırılır. Uzunmüddətli verilir, təhsil göstəriciləri stimullaşdırılır. Sosial həssas qrupa aid tələbələrə güzəştlər edilir. Kredit banklar tərəfindən ödənilir. Bu, ümumi cəhətlərdir və bunları nəzərə alaraq Azərbaycanda da kreditlər formalaşdırılıb.
"Tələbə kreditlərinin verilməsinin məqsədi təhsil sisteminə tələbənin əlçatanlığının təmin edilməsidir. Həmçinin təhsilin əhatə dairəsi genişləndirilsin. Ödənişli təhsil alan tələbələrimiz də var ki, təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Bəziləri müəyyən dövrdən sonra təhsillərini dayandırırlar. Bu sistem tələbərə yeni imlanlar açır. Digər məqsədimiz təhsilin keyfiyyət göstəricilərinin stimullaşdırılmasıdır. Həmçinin sosial həssas qrupdan olan tələbələr sosial çətinlikləri də aradan qaldıracaq. Bu, dövlətin təhsil sisteminə maliyyə dəstəyinin artırılmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"