130 manat verdi - Olmayan orqanının "normada" olduğunu dedilər - Klinikadan ŞİKAYƏT
Redaksiyamıza "Atlas" klinikası ilə bağlı şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, şikayətçi Müslüm Səmədov (ad şərtidir) yoldaşını "Atlas" klinikasına müayinə üçün aparıb və yoldaşının bir uşaqlıq borusunun olmamasına rəğmən, müayinənin cavabında hər iki uşaqlıq borusunun normal olduğunu qeyd ediblər.
Şikayətçi bildirir ki, yoldaşının uşaqlıq borusunun birini 8 il əvvəl əməliyyatla çıxarıblar:
"Qəbul üçün 130 manat məbləğində pul ödədim. Yoldaşımın analığının fəsadlarını yoxlamalıydılar. Onu aidiyyəti yoxlanış otağına aparıb müayinə etdilər. Təxminən 30 dəqiqədən sonra guya dəqiq diaqnoz yazıb, bizə rəy verdilər. Həmin rəyi bizi "Atlas" klinikasına göndərən həkimin yanına apardıq. Gülməli diaqnoz yazmışdılar. Qeyd edilmişdi ki, "hər iki uşaqlıq borusu izlənilir". Amma əslində sağ boru 8 il əvvəl cərrahi əməliyyat edilərək götürülüb. Klinikanın verdiyi yalan diaqnoz bizi çox əsəbiləşdirdi. İnsanları soyurlar və saxta diaqnozlar verib aldadırlar.
130 manat pulum da boşuna getdi. İndi biz başqa bir klinikaya getməyə, yenidən pul ödəyib yoxlanışdan keçməyə məcburuq. Xahiş edirəm ki, bu şikayəti işıqlandırın. Heç kəs bu cür hal yaşamasın. Uşaqlıq borusunu əməliyyatla götürən cərrah diaqnozu oxuyub gülürdü: bu qədər kordular ki, olmayan bir şeyi varmış kimi qeyd ediblər?"
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 12455 Tarix: 25 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabr