Bakıda mənzillərə istilik niyə tam verilmir? – AÇIQLAMA
Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir.
Sonxeber.az bildirir ki, bu barədə Trend-ə açıqlama verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev problemlərin müxtəlif səbəblərdən qaynaqlandığını və fərdi yanaşılmalı olduğunu deyib.
"Bizim bütün qazanxanalarımız işləyir. Magistral və məhlədaxili xətlərdə problem yoxdur. Məntəqələr tam işlək vəziyyətdədir. Düzdür, lokal xarakterli bəzi yerlərdə qısamüddətli fasilə ola bilər. Bu, istisna deyil. Amma müraciətlərə fərdi yanaşmaq lazımdır", - deyə qurum rəsmisi bildirib.
O qeyd edib ki, müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir. "Bloklarda, mənzillərdə, binaların zirzəmisində müəyyən problemlər çıxır. Məsələn, ötən il mərkəzi istilikdən istifadə edən, bu il istifadə etməyə və ya təmir zamanı "ventil"i bağlamış ola bilər.
Həmçinin axırıncı mərtəbələrdə borulardan havanı buraxmaq lazımdır, amma görürsən ki, vətəndaş kombi çəkib və xətti ləğv edərək hava üçün çıxmağa yer qoymayıb. Belə olanda əməkdaşlarımız boruların zirzəmidəki hissələrində havanı çıxarırlar ki, dövriyyə normal tənzimlənsin. Dediyim kimi, qazanxanalarda heç bir problem yoxdur", - qurum rəsmisi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1033 Tarix: 27 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr