İsinmək üçün tanımadığı evə girdi, ev sahibi ilə dərdləşdi, quldurluq etdi

İsinmək üçün tanımadığı evə girdi, ev sahibi ilə dərdləşdi, quldurluq etdiBakıda baş verən bir quldurluq faktı ilə bağlı məhkəmə materiallarının sətirlərinə göz gəzdirərkən gözümüzə maraqlı məqamlar sataşdı.

Buna görə də, məhkəmə istintaqının materiallarını tam oxumağa həvəs yarandı və biz də ittiham aktını başdan-sonacan oxuduq.

Təsəvvür edin, çöldə üşüyən bir adam isinmək üçün tanımadığı evə girir və hər şey bundan sonra başlayır...

Oxu.Az olaraq istintaq materiallarına əsasən, həmin cinayət əməlinin motivlərini təqdim edirik.

1987-ci il təvəllüdlü Ziyad (şərtidir) həyat yoldaşından ayrılıb, səbəb isə onlar arasında çoxsaylı mübahisələrin olmasıdır. İşsizlik, maddi ehtiyacların qarşılana bilməməsi, kirayələrdə keçən həyat tərzi – bu faktorlar da ər-arvad münasibətlərinə neqativ çalarlar qatılmasını gücləndirir.

Arvadı ondan ayrılıb Yasamal rayonunda qalan anasıgilə gedir, iki azyaşlı övladını da özü ilə aparır.

Ziyad üçün çətin günlər hələ qabaqda imiş, o, 2021-ci ilin qış aylarından gah bacısıgildə qalırmış, gah da da Yasamaldakı binaların birinin qarşısında olan istixananın yanında gecələyirmiş.

İstixananın üstü açıq olsa da, onun borusundan istilik çıxdığı üçün o, yaxınlıqdan tapdığı, kənara atılmış divanın maçalkasını söküb borunun ətrafına qoyaraq orada yatırmış.

Bu minvalla Ziyad qış aylarından donmadan çıxır. Bu müddətdə ara-sıra uşaqlarını görməyə gedirmiş.

2021-ci ilin soyuq yaz aylarında, aprelin 7-də o, uşaqlarını görməyə gedir və onları parkda gəzməyə çıxarır.

Aprelin 8-i gecə saatlarında o, istixananın yaxınlığında yerləşən mənzillərin birində işıq yanmadığını görür və buradan belə qənaətə gəlir ki, həmin evdə heç kim yoxdur.

Həmin mənzilə daxil olmaq üçün blokun giriş qapısının üst hissəsində olan beton örtüyün üzərinə çıxaraq həmin mənzilin pəncərəsində quraşdırılmış dəmir barmaqlığın kilidini dəmir parçası ilə qırır.

Bundan sonra əvvəlcədən əldə edib üzərində gəzdirdiyi bıçağı bağlı vəziyyətdə olan pəncərənin arasına salaraq fiziki güc tətbiq etməklə açıb yaşayış sahəsinə qanunsuz olaraq girir.

O, mənzilə daxil olduqda yanıldığını dərk edir, belə ki, mənzildə kiminsə işığı yandırıb ona tərəf gəldiyini görür.

Ev sahibi (Svetlana – ad şərtidir) Ziyadı gördükdə qışqıraraq qonşulardan kömək istəyir, Ziyad da özü üçün yaranan riski nəzərə alaraq onun ağzını tutur və qışqırmamasını tələb edir.

Evdə olduğu 5 saat ərzində Ziyadla Svetlana arasında tez-tez çəkişmə olur, onların bir-birini anlamamasına səbəblərdən biri də Svetlananın azərbaycanca, Ziyadın isə rusca bilməməsi olub.

Ziyad çox çətinliklə izah edir ki, o, bu mənzilə gecələmək üçün girib və başqa heç bir niyyəti yoxdur.

Gecə saat 3 radələri, Ziyad və Svetlana sakitləşiblər, ancaq ev sahibi ona xəsarət yetirilməsindən qorxur və ehtiyatı əldən vermək istəmir.

Tərəflər bir-birinə çox çətinliklə nəyisə izah edirlər, Ziyad həyəcanını yatırmaq üçün ondan su istəyir.

Svetlana da razı olur və su gətirmək adı ilə mətbəxə keçən zaman mənzilin qapısını açıb qonşulardan yardım diləmək istəyir, amma Ziyad duyuq düşür və qadını geri çəkir. Bu zaman o, qadına zərbələr endirir, əlindəki bıçaqla qadının əlini bilməyərəkdən kəsir.

O, qadına yataq otağına keçib orada qalmağı tələb edir, ancaq Svetlana Ziyadı sakitləşdirmək üçün ailəsindən suallar verir.

Ziyad atası və anasının olmadığını, yoldaşı ilə ayrıldığını və iki uşağının olduğunu bildirir.

Daha nə Svetlana qışqırır, nə də Ziyad başqa zorakı hərəkətlər edir, onlar oturub dərdləşirlər. Hətta onlar arasındakı qısamüddətli münasibət elə səviyyəyə gəlib çatır ki, Svetlana Ziyada yemək də təklif edir, ancaq Ziyad istəmədiyini bildirir.

Svetlana azərbaycanca çox çətinliklə Ziyada "Allah səni sevir" deyir.

Beləcə onlar 5 saat bir yerdə olurlar və Ziyad səhərin açıldığını görüb getmək istəyir. Svetlanaya təhdidqarışıq yalvarışla bildirir ki, bu barədə polisə bir kəlmə də deməsin, qadın onu inandırır.

Ziyad Svetlanadan 7 manat pulu alıb evdən çıxanda qadın ondan evində olan zibil paketini yolda zibil qutusuna atmasını xahiş edir.

Ziyad etiraz etmir və həmin paketi Svetlanadan alır, sağollaşır və gedərkən onları zibil qutusuna atır.

Svetlana hadisə barədə qızına danışır, qızının təkidi ilə onlar polisə şikayət edirlər.

İstintaq zamanı isə zərərçəkmiş şəxs Ziyadla barışır, amma məhkəmə hökmü Ziyadın bu addımı ilə heç cür barışmayıb.

İstintaq Ziyadın əməlinin Cinayət Məcəlləsinin 181.2.3 və 182.2.5-ci maddələri ilə maddəsi ilə tövsif edir.

Məhkəmənin hökmü ilə Ziyad 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2499   Tarix: 27 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr